OPAL

[lat.] опал (экв акъатдай шуьше хьиз аквадай са къван, адан бязи жуьреяр багьа къашар яз гьисабда).
ONYERLİ
OPERA
OBASTAN VİKİ
Opal
Opal — mineral, yarı-qiymətli daş. Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır. Nəcib opal şəffaf olub opalessensiya edir. Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır. Donuq opal — südü-ağ. Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Opalinkimilər dəstəsi
Opalinkimilər dəstəsi (lat. Opalinida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Opalinkimilər, demək olar ki, sırf suda – quruda yaşayanların parazitləridir. Opalinlərin bədəni bərabər kirpiklərlə örtülüdür. Onlarda həzm və ifrazat vakuolu yoxdur, qidalanma diffuz xarakterlidir. Müxtəlif opalinlər iki və daha çox eyni tipli nüvəyə malikdir ki, bununla infuzorlardan fərqlənirlər. Dəstənin xarakterik nümayəndələri qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır.

Digər lüğətlərdə