Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur. Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası və Dəyişkən rütubətli meşələr (o cümlədən musson)
C. Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C. Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var.