ORTABOY
ORTABOYLULUQ
OBASTAN VİKİ
Ortaboylu acılıqotu
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.

Digər lüğətlərdə