OTLU

прил. травянистый, травяной (поросший травой). Otlu meydança травяная площадка, otlu bataqlıqlar травяные болота, otlu bozqır травянистая степь, otlu çəmən травянистый луг
OTLATMAQ
OTLUQ
OBASTAN VİKİ
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq şərq alabayquşu
Otluq şərq alabayquşu (lat. Tyto longimembris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Otluqbeli (ilçə)
Otlukbeli yaxud keçmiş adıyla Karakulak — Ərzincanın 9 ilçəsindən biridir. 2016-cı ilin məlumatına görə ilçədə 2.415 nəfər yaşayır.
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi (türkcə: Otlukbeli Savaşı Şehitleri Anıtı) — Türkiyənin Ərzincan bölgəsinin Otluqbeli məntəqəsində yerləşən abidə. 2008-ci ildə açılışı edilən abidə 1473-cü ildə bu bölgədə iki türk-müsəlman dövləti olan Ağqoyunlu və Osmanlı arasında baş vermiş döyüşdə həyatını itirən döyüşçülərin xatirəsinə həsr edilmişdir. Otluqbeli döyüşü 1473-cü ilin 11 avqustunda Osmanlı hökmdarı II Mehmedlə Ağqoyunlu hökmdarı Sultan Uzun Həsən arasında baş vermişdir. İki dövlətin toqquşan maraqlari nəticəsində meydana çıxmış döyüş 8 saat davam etmiş və minlərlə insanın həyatını itirməsi ilə nəticələnmişdir. Döyüşün nəticəsində odlu silaha malik olan Osmanlı dövləti yalnız ənənəvvi süvari orduya malik Ağqoyunlu dövlətinə qalib gəlmişdir. Otluqbelinin bölgə valisi Şefik Aygöl 2008-ci ildə Kiçik Otluqbeli kəndində, yəni Otluqbelinin 4 km şimalında abidənin ucaldılması barədə əmr vermişdir. Şefik Aygöl bu məsələ barədə demişdir: Abidə kiçik göl olan Otluqbeli, digər adı ilə Acıgöl gölünün yaxınlığında yerləşir. Abidənin ərazisi 1.000 m2-dan ibarətdir. Abidənin açılışı 11 avqust 2008-ci ildə, yəni tarixi döyüşün 535-ci ildönümündə edilmişdir. Abidə komandanlar olan II Mehmed və Uzun Həsənin relyeflərini özündə əks etdirdiyindən diqqət çəkir və hər iki tərəfdən ölən bütün əsgərlərə həsr olunmuşdur.
Otluqbeli döyüşü
Otluqbeli döyüşü — 1473-cü il avqustun 11-də Osmanlı Sultanı II Mehmedlə Ağqoyunlu sultanı Uzun Həsən arasındakı meydan döyüşü. Tarixşünaslıqda həmçinin Başkənd döyüşü və ya Bayburd döyüşü kimi də tanınır. Uzun Həsən sarayında xidmət edən Əbubəkr Tehrani "Kitabi-Diyarbəkriyyə" əsərində bu döyüşdən bəhs edərək yazır: "Bura Osmanlı mülkündən kənarda yerləşir, yerli əhali onu Başkənd adlandırır." Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyasət Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdılar. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu. Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrdə Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi o lan Trabzon krallığı üzərinə hücuma keçdi. Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın şərq ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırdı.

Digər lüğətlərdə