OXLOKRATİYA

(yunan ochos-yığın, izdiham, güruh, kratos-hakimiyyət) nadir hallarda (böhran keçid dövrü) - siyasi proseslərin kor-təbii axını (dalğası) üzərində təsadüfi qara-güruhçu kütlələrin hakimiyyətə gəlməsi, (müvəqqəti) hakimiyyəti. “O.” terminini demokratiyanın ifrat vəziyyətə düşməsini, hakimiyyətin üsyan etmiş xalqın tərəfinə keçməsini və qeyri-mütəşəkkillik nəticəsində onu (hakimiyyəti) əldə saxlaya bilməsini anladan dövlət quruluşu formasını izah etmək üçün Ərəstun (Aristotel), Plibiy, Əflatun (Platon) tərəfindən müəyyənləşdirilmişdir. Demokratiyanın müxtəlif növlərini araşdıran Ərəstun (Aristotel) O.-nı qanun üzərində, qanunla əsaslnan deyil, məhz qara-güruhçu kütlənin şıltaqlığı ilə, hansı ki, demoqoqların təsiri altına düşür və tiraniya fəaliyyətli despotik vəziyyətə çevrilən idarəçiliyi kimi təsvir etmişdir. O. üçün hüquqi strukturun dağılması, hakimiyyətin iflici, ictimai-siyasi proseslərin nəzarətdən çıxması, kor-təbii xarakter alması, nizamsızlıq və s. səciyyəvidir və O. öz dayanıqlığı, dava-miyyəti ilə fərqlənmir. Digər anlamda, O. termini siyasi fəaliyyətdə qanunlara münasibətdə etinasızlıq, demokratik qaydalara açıq-aşkar sayqısızlıq, seçkilərin, mitinqlərin və digər siyasi aksiyaların öz məcrasından çıxarılması, hakimiyyət orqanlarına və ictimai xadimlərə səsküy, hədə-qorxu vasitələri ilə təsir göstərmək cəhdi və s. mahiyyəti kəsb edir. O.-nın apogeyası ədəbsizlikdə, azğınlıqda, mənasız dağıdıcılıqda, özbaşınalıq və, hətta özbaşına mühakimədə təşəkkül tapır.
OBSTRUKSİONİZM
OPTASİYA
OBASTAN VİKİ
Oxlokratiya
Oxlokratiya (yun. ochloc – kütlə, kratos – hakimiyyət) — qara camaatın hakimiyyətidir. Oxlokratiya dövlət idarəetmə formalarından biridir, Polibiyə görə demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş formasıdır, rəzil ehtiraslarla ağlına gələni edən, zorakılıq və qanunsuzluğa əsaslanan qaraguruhun hökmranlığıdır, dövlətin ən pis formasıdır. Aristotelin fikrincə, ""yaxşıların" hakimiyyətdən kənarlaşdırılması və onu qara camaatın əvəzləməsi ölkədə sabitliyi pozur, dövlətdə xaosun artmasına səbəb olur. Oxlokratiya haqqında C. Boden nifrətlə danışır, onu demokratiya adı altında, nifaqın və vətəndaş müharibəsinin səbəbkarı sanırdı. Kütlənin psixologiyası və onun idarəçiliyinin ağır nəticələri barədə Q. Tard və Q. Leben də yazmışlar. "Kütlənin hökmranlığı" ideyası sosialist ideyasının həyata keçirildiyi vaxtlarda daha çox səslənməyə başladı. İ. A. İlin oxlokratiyanın ayaq açıb yeriməsini xalqın hüquqi şüurunun və sosial sisteminin pozulması ilə bağlayırdı. O, öz tarixi təcəssümünü 1789-cu il Fransa inqilabında, 1871-ci il Paris Kommunasında, XX əsrin əvvəllərində Rusiyada- sovet hakimiyyətinin ilk dövrlərində tapmışdır. Belə vəziyyət ən çox dövlətin "qarışıq dövrlərində" meydana gəlir, o zaman ki, köhnə normalar, institutlat, həyat sistemi pozulur və onların yeniləri ilə əvəzlənməsi mümkün olmur.