ODLU
OĞRULUQ
OBASTAN VİKİ
Qanunda oğru
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Qanuni oğru

Oğru qanunu
Oğru qanunu (rus. Воровской закон) həmçinin oğru inancı (rus. воровская вера), oğru kodeksi (rus. воровской кодекс), oğru anlayışı (rus. воровские понятия) və ya oğru düşüncəsi — Sovet İttifaqı dövründə və postsovet məkanında oğrular cəmiyyətində yazılmamış qaydalar və davranış normaları. Bu, cinayətkarların sosial qrupunun dövlətə müxalifət şəraitində təcrid olunması ilə əlaqədar işlənib hazırlanmışdır. 1930-cu illərdə SSRİ-də kriminal elementə və kriminal birliyə qarşı mübarizənin güclənməsi, kollektivləşmə və 1930-cu illərin əvvəllərində baş verən aclıq ilə əlaqədar güclənən kriminal icmalar daha mütəşəkkil dəstələrdə birləşməyə başlamışdılar. Cinayət dünyasının əsas birləşdirici qüvvəsi qeyri-siyasi müxalifət və hakimiyyətə itaətsizlik meyli idi. Onun elitası özlərini inqilabdan əvvəlki Rusiyanın cinayət ənənələrinin keşikçiləri adlandıran "qanuni oğrulara" çevrilmişdir. Bu baxımdan qanuni oğrular xüsusi davranış kodeksi, öz adət və ənənələrini yaratmışdılar.
Oğru müharibələri (Çələbi)
Oğru müharibələri — Bəhram Çələbinin əsəri. Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərqlənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı. İttifaq dağıldıqdan sonra isə… Əsərin birinci kitabı 2019-cu ildə Bakı Kitab Klubunda 270 səhifədə nəşr edilib.
Arsen Lupen: Centlmen oğru
Arsen Lupen: Centlmen oğru (fr. Arsène Lupin, gentleman-cambrioleur) — Moris Lebank tərəfindən yazılmış Arsen Lupenin sərgüzəştlərindən bəhs edən kitab seriyasının birinci kitabı. Kitab ilk dəfə 10 iyun 1907-ci ildə nəşr olunmuşdur. == Hissələr == "Arsen Lupenin həbs olunması" ("L'Arrestation d'Arsène Lupin" 15 iyul 1905) — Amerikaya gedən gəminin sərnişinlərinin içində Arsen Lupenin də olduğu xəbəri yayılır. Göndərilən xəbərlə Lupenin sarışın və adının baş hərifinin "R" olduğu bilinir. Xəfiyyə Qanimard limanda gəminin gəlişini gözləyir. Beləcə gəmi limana çatanda Lupen tutulur. "Arsen Lupen həbsxanada" ("Arsène Lupin en prison" 15 dekabr 1905) — Qanimard Lupeni ziyarətə gəlir. Lupen tutulmasının səbəbi olaraq diqqətinin limanda gördüyü qadına yayındığını deyir. O, deyir ki, qadını sevməsəydi onu tutmaq mümkün olmayacaqdı.
Oğru Dünyaya Hökm Etmir
Bacarıqsız oğrular (film, 2011)
30 dəqiqə və ya daha az (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Bakı oğrusu (film, 1997)
Bağdad oğrusu (film, 1924)
Bağdad oğrusu — 1924-cü ildə istehsal olunmuş ABŞ filmi. "Bağdad oğrusu" filmi 1996-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". IX cild. Bakı, 1986, səh. 524.
Bağdad oğrusu (film, 1940)
Bağdad oğrusu (ing. The Thief of Bagdad) — 1940-cı ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Film Min bir gecə əsərinin əsasında hazırlanmışdır. 1941-ci ildə "Bağdad oğrusu" filmi Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 3 mükafat və 1 nominasiyaya layiq görülmüşdür. Bu film 1924-cü ildə çəkilmiş eyniadlı Bağdad oğrusu filminin remeyk variantı olsa da, filmdə şahzadə və oğru kimi personajlar ayrı-ayrılıqda göstərilmişdir. == Məzmun == Bağdad şəhəri yaraşıqlı və cavan olan Əhməd adlı kralın hakimiyyətindədir. Əhməd babası olan xəlifə Harun ər-Rəşiddən qalan sarayda firavan həyat yaşayır. Onun 365 arvadının olmasına baxmayaraq, heç birinə ürəkdən sevgi bəsləmirdi. Əhməd və əhalisi arasında ciddi ziddiyyət yaşanmırdır. Çünki bu işi vəziri Cəfərə tapşırmışdır.
Kitab oğrusu
Kitab Oğrusu, Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab Nazı Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II. Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində New York Times Ən Çox Satanlar siyahısında yer almışdır. == Məzmun == Lizel qatarda qardaşı öldüyü əsnada, onları övladlığa götürən ögey ana və atasının yanına gedir. Qardaşının dəfnində bir kitab tapan Lizel, onu 'oğurlayır'. Qalacağı evə gələndə, ögey atası Hans Huberman ona oxumağı öyrədir. Nasistlərin kitab yandırma mərasimində, yanmaqda olan kitablar vasitəçiliyi ilə bir zabit Lizelin "əxlaqsız" və "əlverişsiz" düşüncələr ilə beynini doldurur və Alman cəmiyyətinin təmiz qala bilməsi haqqında bir mətn danışır. Kitab yandırma mərasimindən dərhal sonra Lizel alovun altında qalan bir kitabı götürüb saxlayır və onu evinə aparır. Bu əsnada onu, ögey anası Roza Hubermanın bir müştərisi və bələdiyyə başçısının arvadı olan İlza Herman görür.
Oğrubulaq
Oğrubulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Oğrubulaq oyk. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Oykonim Oğurbulaq adının təhrifolunmuş forması hesab edilir. Güman ki, kəndin adı ərazidəki bulağın adından alınmışdır. Türk dillərində oğur sözünün bir çox mənaları ilə yanaşı"qoruq, mühafizə olunan yer, sığınacaq" mənaları vardır. Rayonun ərazisindəki Təzəkənd yaşayış məntəqəsinin adı da keçmişdə Oğurkənd olmuşdur. Bəzi tadqiqatçılar oykonimin oğur komponentini XIII əsrdə monqollarla Azarbaycana gəlmiş uyğur tayfasının adı ilə bağlayırlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 241 nəfər əhali yaşayır.
Oğruca
Oğruca dağı — Azərbaycanda dağ. Oğruca (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd. Oğurca — Xəzər dənizinin cənub-şərqində yerləşir.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Oğruca dağı
Oğruca dağı — Azərbaycanda dağ.
Velosiped oğruları (film, 1948)
"Velosiped oğruları" (it. Ladri di biciclette) — rejissor Vittorio de Sikanın filmi. Filmdəki hadisələr 1940-cı illərdə baş verir və İtaliyanın müharibədən sonrakı dövrünü əks etdirir. Ailə başçısı, iki uşaq atası Antonio Riçi işsizdir. Uzun axtarışlardan sonra o, nəhayət, afişaları yapışdırmaq işinə qəbul olunur. İşə başlamaq üçün ona təcili velosiped lazımdır. Əmək birjasının məmuru ona "Velosiped yoxdursa, iş də yoxdur" – deyir. Antonionun əvvəl velosipedi var idi. Lakin onu yemək üçün az miqdarda pul əldə etmək üçün lombarda vermişdi. Velosipedi lombarddan almaq üçün arvadı Antonioya sonuncu qiymətli şeyi verir.
Qanuni oğrular
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Bakı oğrusu
Bakı oğrusu — tammetrajlı bədii filmi rejissor Anar Nağılbaz tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. "Virtuoz" TRK v' "Canlı Klip" şou t.-nin istehsalıdır. Filmdə həbsxanadan yeni çıxan Anar (Anar Nağılbaz) dostu Əhməd (Əhməd Salahov) tərəfindən xəyanətə uğrayır və başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət filmin qəhrəmanının özünün məhvinə gətirib çıxarır. Əsas rolları Anar Nağılbaz, Əhməd Salahov və Validə ifa edirlər. == Məzmun == Filmdə həbsxanadan yeni çıxan Anar (Anar Nağılbaz) dostu Əhməd (Əhməd Salahov) tərəfindən xəyanətə uğrayır və başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət filmin qəhrəmanının özünün məhvinə gətirib çıxarır. Həmçinin, filmdə narkotik vərdişlər tənqid olunur. == Film haqqında == Filmdəki hadisələrin çoxu həqiqətdə baş vermişdir.

Значение слова в других словарях