Oğrubulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Oğrubulaq | |
---|---|
39°04′04″ şm. e. 48°26′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 218 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 241 (2009) nəfər |
Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Oykonim Oğurbulaq adının təhrifolunmuş forması hesab edilir. Güman ki, kəndin adı ərazidəki bulağın adından alınmışdır. Türk dillərində oğur sözünün bir çox mənaları ilə yanaşı"qoruq, mühafizə olunan yer, sığınacaq" mənaları vardır. Rayonun ərazisindəki Təzəkənd yaşayış məntəqəsinin adı da keçmişdə Oğurkənd olmuşdur. Bəzi tadqiqatçılar oykonimin oğur komponentini XIII əsrdə monqollarla Azarbaycana gəlmiş uyğur tayfasının adı ilə bağlayırlar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 241 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |