P-BEST

Production-Based Expert System Toolset İstehsalat-əsaslı ekspert sistemləri alətləri
OWASP
Packet sniffer
OBASTAN VİKİ
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
P
P — Latın qrafikalı Azərbaycan əlifbasında 22-ci hərf. Fosfor elementi böyük p (P) ilə işarə olunur.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Pit Best
Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi. The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı.
P.P.B.S.
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya. Baş direktoru Tahir İmanovdur. AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib. Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər. 2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb. Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006–5 il axtarışda 2006 — Axtaran tapar 2007–100 kağız P. P. B. 2007–6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011–10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol? 2019 — Nataşa mı prişla! 2021–30 illik konsert. Maskalı Yubiley 2022 — Gülüşün buster dozası 2023 — Bizim Gülüş Müəllim 2024–1 Saylı Yumor Məktəbi Parni iz Baku planetparniizbaku.az — Planet Parni iz Bakunun rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
P&G
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir. 1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsa da ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam Prokter və Ceyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsa da İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi.
P.Browne
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
P.Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
P. Hovard
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
P=NP
P=NP məsələsi kompüter elmində həll olunmamış əsas məsələdir. Qeyri formal olaraq: kompüter tərəfindən tez bir zamanda həlli yoxlanıla bilən məsələni kompüter həm də tez bir zamanda həll edə bilərmi? Başqa sözlə, P=NP polinomyal vaxtda həlli yoxlanıla bilən məsələni həm də "polinomyal vaxtda həll etmək olarmı?" sualına cavab verir.
P & G
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir. 1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsa da ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam Prokter və Ceyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsa da İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi.
P vitamini,
P vitamini — insan orqanizmi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır. İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir — onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır. P vitamini arterial təzyiqinin və ürək ritminin normallaşmasına kömək edir. P vitamini həmçinin göz təzyiqini azaldır. P vitamini ödün əmələ gəlməsində iştirak edir, bəzi hormonların istehsalına təsir edir, ödemləri azaldır. P vitamini orqanizmin allergenlərə olan davamlılığını artırır, allergik xəstəliklərin (xüsusilə bronxial astmanın) gedişatını yüngülləşdirir. P vitamini təsdiq edilmiş antioksidantdır.
P dalğası
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
P. Ramlee
P. Ramlee (22 mart 1929, Pinanq – 29 may 1973, Kuala Lumpur) — Malayziya əsilli müğənni, aktrisa. 29 may 1973-cü ildə 44 yaşında ürək xəstəliyindən vəfat etmişdir.
P. Ramli
P. Ramlee (22 mart 1929, Pinanq – 29 may 1973, Kuala Lumpur) — Malayziya əsilli müğənni, aktrisa. 29 may 1973-cü ildə 44 yaşında ürək xəstəliyindən vəfat etmişdir.
P. Diddy
Şon Kombs (ing. Sean Combs; 4 noyabr 1969, Harlem, Nyu-York ştatı) və ya səhnə adıyla P. Diddy — amerikalı reper və prodüser. Üç dəfə Qremmi mükafatı laureatı. 2024-cü ilin sentyabrında o, zorlama, insan alveri və fahişəliyə cəlbetmə məqsədilə daşınma ittihamı ilə həbs edilib. == Həyatı == Harlemdə anadan olub. Maunt Vernon şəhərində böyüyən Kombs 1993-cü ildə Bad Boy Records adlı öz rekord leyblini yaradıb. Onun debüt studiya albomu, No Way Out(1997) Billboard 200-də zirvəyə yüksəlib. O, 2023-cü ilin iyulunda keçmiş porno aktrisası Adria İngliş Kombsu təcavüz və insan alverində ittiham edib. 2024-cü ilin 17 sentyabr tarixində Nyu-York məhkəməsi "P. Diddy"ni həbs edib.
The Best (mahnı)
The Best – Mike Chapman və Holly Knight tərəfindən bəstələnən və ilk dəfə Bonni Tayler tərəfindən ifa edilərək 1988-ci ildə Hide Your Heart albomunda satışa çıxarılan mahnı. Mahnının ikinci ifaçısı isə məşhur ifaçı Tina Törner olub. Mahnı məhz onun ifasında dünya şöhrəti qazanıb və sevilib. Mahnı xanım Turnerin 1989 – cu ildə çıxardığı Foreign Affair albomuna da adxil edilib. Tina Törnerin ifasını saksafonda müşayiət edən isə Edgar Winterdir. Mahnı Tina Törnerin yaradıcılığında ən uğurlu və məşhur mahnılardan biridir. Mahnı Billboard Hot 100 – də on beşinci yerə kimi yüksələ bilib. Həmçinin Birləşmiş Krallıqda beşinci, Almaniyada isə dördüncü yerə qədər irəliləyib. Turner 1992-ci ildə Jimmy Barneslə birgə mahnının duet versiyasını lentə aldırıb. Mahnı duet versiyada "Simply The Best" adlandırılıb.
F. P. Journe
F. P. Journe — İsveçrə premium saat istehsalçısı. == Tarixi == Montres Journe SA kimi rəsmi qeydiyyatdan keçmiş F. P. Journe 1999-cu ildə Fransua-Paul Journe tərəfindən əsası qoyulmuş yüksək səviyyəli İsveçrə saat istehsalçısıdır. Fondation du Grand Prix d'Horlogerie de Genève Aiguille d'Or mükafatının yeganə üçqat qalibi. Journe, ildə 800-ə yaxın saat istehsal edən, mürəkkəb dəqiqlikli saatlar üzrə ixtisaslaşmışdır. Şirkətin 20%-i 2018-ci ildə açıqlanmayan məbləğə Chanel tərəfindən alınıb.
Kawasaki P-1
Kawasaki P-1 (yap. 川崎 P-1), Kawasaki Heavy Industries tərəfindən istehsal edilmiş olan Yaponiya mənşəli dəniz patrul təyyarəsidir. Təyyarə köhnə Lockheed P-3 Orionun yerini alması üçün yaradılmış olub ilk uçuşunu 28 sentyabr 2007 tarixində həyata keçirmişdir və 26 mart 2013 tarixində Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin arsenalına qəbul edilmişdir. P-1, uzaqdan idarəetmə sistemi adlı nəzarət sistemindən faydalanmaq üçün istehsal edilmiş olan dünyanın ilk əməliyyat təyyarəsidir. 2007-ci ildən müasir bu günə kimi 5 ədəd istehsal edilmişdir. Vahidinin qiyməti 350.4 milyard Yaponiya yeni (JP¥) dəyərindədir.
P-270 Moskit
P-270 Moskit (rus. П-270 “Москит”, “ağcaqanad”; NATO kod adı: SS-N-22 “Sunburn”), SSRİ mənşəli gəmi əleyhinə qanadlı raket. Əsasən gəmidən buraxılmaq üçün hazırlanmasına baxmayaraq, onun bəzi variantları yük maşını, sualtı qayıq, təyyarə və ekranoplandan da buraxıla bilər. Adi və nüvə başlığı daşıya bilər. İdarəetmə sistemi Ətalət başlıqlı terminal aktiv radar əlaqəli idi. MKB Raduga tərəfindən istehsal edilmişdir. Çəkisi 4,500 kq, uzunluğu 9.745 m, lülə çapı 0.8 m olmuşdur. Dörd ramjet mühərriyi ilə işləmişdir. Qanad enliliyi 2.10 m, hərəkət mənzili 120–250 km arası, kreyser hündürlüyü 20 m, maksimum sürəti 3 mach olmuşdur.
P-N keçidi
PN keçidi — Elektronika sənayesində istifadə edilən diod, tranzistor və inteqral (İC) dövrə elementlərinin istehsalında istifadə edilir. Silisium və ya Germanium kristalına kifayət qədər aşqar olunaraq, p-tipli və n-tipli maddələr yaradılmışdı. Bu maddələr tək halda elektrik funksiyaları yerinə yetirməzlər. P və N tipli element bir arada istifadə edilsə, bu keçidə P-N keçidi deyilər. Böyük və kiçik daşıyıcılarının ikisi də göstərilmişdir. Şəkildə P-N keçidi sahəsində müsbət və mənfi ionlarla yaradılan gərginlik səddi görülür. Yaranan bu gərginlik səddi; 25℃-də silisium üçün maneə 0.7 volt, germanium üçün 0.3 volt civarındadır. Bu gərginliyə "diodun əks gərginliyi" deyilir. Diodun əks gərginliyi temperaturdan təsirlənir. Məsələn, temperatur miqdar-ındakı hər 1℃ artım, diodun əks gərginliyinin təxminən 2.3mv azalmasına səbəb olur.
P.A. Works
P.A. Works (株式会社ピーエーワークス, Kabushiki-gaisha Pī Ē Wākusu, Progressive Animation Works ifadəsinin qısaltması) — 10 noyabr 2000-ci ildə qurulmuş Yaponiya animasiya studiyası. Toyama prefekturasının Nanto şəhərində yerləşir. Studiyanın qurucusu və prezidenti Kenci Horikava şirkəti qurana qədər Tatsunoko Production, Production I.G və Bee Train şirkətləri üçün də işləmişdir. Baş qərargah Toyama prefekturasında yerləşir. Çəkiliş və rəqəmsal fotoqrafiya burada baş tutur. İstehsal Tokioda yerləşən ofisdə təşkil olunur. Studiya videooyun və anime istehsalında ixtisaslaşmışdır. Keçmişdə Production I.G və Bee Train studiyaları ilə birlikdə animelər istehsal etmişdir. 2008-ci ilin yanvarında studiya ilk müstəqil işi olan "True Tears"-ı istehsal etmişdir.
P.H.Weston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.