PALTARASILAN

1. PALTARAS(IL)AN (paltar və ya başqa şeylər asmaq üçün alət) Tamaşa qurtarandan sonra onlar paltarasanın qabağında adamların seyrəlməsini xeyli gözləməli oldular (Ə.Kərim); ASQI Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, salona daxil oldu (Çəmənzəminli); ASILQAN O, əsasını bir küncə qoydu, silindrini asılqana keçirib, nəhayətsiz dərəcədə mehriban, gülər gözlərlə qızı süzdü (M.İbrahimov); ASMA (Məmməd) boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı (S.Rəhimov); QAPMAQ ..xidmətçi paltarı qarmaqdan çıxarıb ona verdi (S.S.Axundov); QARDEROB.

2. paltarasan bax paltarsaxlayan

PALTARASAN
PALTARÇI

Значение слова в других словарях