Quşçu palçıq vulkanı

Quşçu palçıq vulkanıAzərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən palçıq vulkanı.[1] Vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınmışdır.[2] Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan püskürmə zamanı, hansı ki, 1 dəqiqə 30 saniyə davam etmişdir, vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib.[3] "Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir.

Quşçu palçıq vulkanı
Ümumi məlumatlar
Növü palçıq vulkanı
İlk püskürmə 1913
Son püskürmə 24 yanvar 2021
Yerləşməsi
40°26′07″ şm. e. 48°44′24″ ş. u.
Ölkə  Azərbaycan
Quşçu palçıq vulkanı xəritədə
Quşçu palçıq vulkanı
Quşçu palçıq vulkanı

Vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güçlü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınıb[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''
  1. Palçıq vulkanları. Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine mct.gov.az  (az.)
  2. "Şamaxıda Quşçu vulkanı püskürüb". Azəri Press Agentliyi (az.). 24 yanvar 2021. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2021.
  3. "Şamaxıda yerləşən "Quşçu" vulkanı püskürüb". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
  4. "Şamaxıda püskürən vulkan iki evdə çatlar yaratdı" (az.). Archived from the original on 2021-05-18. İstifadə tarixi: 13 fevral 2019.