Qaradağ Pilpiləsi palçıq vulkanı

Qaraquş dağı yaxınlığında, Qaradağ qırışığının ox ətrafı zonasının qərb periklinalı hissəsində yerləşmişdir. Diametri 42 m olan krater hüdudlarında qaz, su və palçıq ayıran 5 qrifon yerləşmişdir. Vulkan konusunun yamacları bərabəryanlı olub, xeyli dikdir. Sahənin geoloji quruluşunda Pliosen və Dördüncü dövrlərin çöküntüləri iştirak edir.

Qaradağ Pilpiləsi palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
40°15′27″ şm. e. 49°33′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Qaradağ Pilpiləsi palçıq vulkanı xəritədə
Qaradağ Pilpiləsi palçıq vulkanı
Qaradağ Pilpiləsi palçıq vulkanı

Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.