Zığ palçıq vulkanı — Zığ gölündən cənub-qərbdə yerləşir. Bu vulkanın əhatə etdiyi Zığ mədəninin ərazisi Bakı şəhərindən şimal-şərqdə yerləşir. Sahənin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edir. Vulkanın səthi qədim Xəzər dənizi tərəfindən yuyulmuşdur. Onun krateri gölün cənub-qərb sahilində yerləşmiş və gömülmüşdür.
Zığ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°20′56″ şm. e. 49°59′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Bakı |
Ada | Abşeron yarımadası |
|