Panik

die; -, -(en) çaxnaşma, vəhşət, vəlvələ; in ~ geraten vəlvələyə düşmək
Paniermehl
Panikmache
OBASTAN VİKİ
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. İğdırdan 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
1907-ci il panikası
1907-ci il həyəcanı — ABŞ-nin bank sektorunda 1907-ci ilin oktyabr ayının ortalarında baş verən maliyyə böhranı. Baş vermiş maliyyə böhranı nəticəsində ABŞ-nin Nyu York birjasında səhmlər ötən ilin zirvə dövrü ilə müqayisədə 50% azalma nümayiş etdirdi. 1907-ci ilin sonunda böhran nəticəsində bir çox bank, maliyyə qurumu və siğorta şirkəti iflas etdi. Maliyyə bazarında iqtisadi durğunluq nəticəsində inamın azalması, tələb və təklifdəki balansın pozulması nəticəsində bazarda dalğalanma yaşandı. Bu dövrdə yaşanan maliyyə böhranının nəticəsində pul və maliyyə axışının daha sistemli şəkildə tənzimlənməsi zərurəti meydana çıxdı. Bununla yanaşı dövrün ABŞ prezidenti Teodor Ruzvelt böhranın yaranmasının səbəblərindən biri olan inhisarçılığa qarşı da mübarizənin aparılması üçün təkliflərin hazırlanmasını təsdiqlədi. Proseslər ABŞ Federal Ehtiyat Sisteminin yaranması ilə başa çatdı.