paranoid

adj. paranoid, ruhi xəstə
paramilitärisch
Paranoiker
OBASTAN VİKİ
Paranoid (albom)
Paranoid – İngilis heavy metal qrupu Black Sabbath-ın 18 sentyabr 1970-ci ildə çıxardığı ikinci albomudur. Ən çox bilinən və ən böyük yüksəlişi əldə etdikləri albomlardan biridir. 1970-ci ilin Sentyabr ayında İngiltərədə satışa çıxarılan albom, qısa müddət ərzində siyahılarda ilk sıralara yüksəldi. Prodüserlər "Paranoid" mahnısını albomun lokomotivi olaraq qiymətləndirdilər, və həm Vyetnam Döyüşünü tənqid edən, həm nisbi yavaş bir mahnı olan War Pigs'in albom adı olmasına qarşı çıxdılar. Lakin albom qapağı isə dəyişmədi; kasklı, əlində qılınc ilə qaçan adam Paranoidin albom üzü olaraq qaldı. Paranoid mahnısı, təkrar birləşən orijinal heyətin, son dövrlərindəki konsertlərində ifa etdikləri son mahnıdır.
Paranoid şəxsiyyət pozuntusu
Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyil etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875–1933) fanatiklər olaraq qəbul etdiyi bir sinfi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar.
Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.