passé

adj. köhnəlmiş, modadan düşmüş
Passbild
passen
OBASTAN VİKİ
Passer domesticus
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Passeri
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Passeriformes
Sərçəkimilər (lat. Passeriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda 150-yə qədər növü məlumdur. Uzunluqları 9,5 sm-dən (Kral quşu) 65 sm-ə dək (Quzğun) olur. Adətən 4–6, bəzən də 15–16 əlvan rəngli yumurta qoyurlar. Bir yaşında nəsil verməyə başlayır. Əksər növləri ildə 2–3 dəfə bala çıxarır. Torağaylar (Alaudidae): Açıq ərazilərdə yaşayırlar. Yuvalarını yerdə qururlar.
Passerina nivalis
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Passeridae
Sərçələr (lat. Passeridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Sərçələr Azərbaycanda geniş yayılmışdır. Boyları minimal 5.5 sm, maksimal 10 sm olur və göyərçinlərə nisbətən daha kiçikdir.
Passeyik (dairə)
Passeyik dairəsi (ing. Passaic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
Passerea
Passeri və ya sərçəkimilər — quşlar (Aves) sinfinə aid bir dəstədir. Bu dəstə, 140-dan çox fəsilədə təxminən 6500 növü əhatə edir və bu da bütün quş növlərinin təxminən 60%-ni təşkil edir. Sərçəkimilər, dünyanın hər yerində, Antarktida xaricində bütün qitələrdə yayılmışdır. == Xüsusiyyətləri == Sərçəkimilər, bir sıra ortaq xüsusiyyətlərə malikdir: Ayaq quruluşu: Sərçəkimilərin ayaqları, üç barmağı irəli, bir barmağı isə geri baxan anizodaktil quruluşa malikdir. Bu quruluş, onların budaqlara möhkəm yapışmasına və dırmaşmasına imkan verir. Mahnı qutusu: Sərçəkimilər, syrinx adlanan kompleks bir mahnı qutusuna malikdir. Bu qutu, onların müxtəlif və melodik mahnılar oxumasına imkan verir. Yuva qurma: Sərçəkimilər, adətən, budaqlardan, otlardan və digər materiallardan yuva qururlar. Bəzi növlər isə yuvalarını ağac oyuqlarında və ya qayalıqlarda düzəldir. Qidalanma: Sərçəkimilər, əsasən həşəratlar, toxumlar, meyvələr və nektarla qidalanır.

Digər lüğətlərdə