PC

Abk. für Personalcomputer bir nəfərlik kompyuter
Pärchen
Pech
OBASTAN VİKİ
PC
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
IBM PC
IBM PC – IBM firması tərəfindən istehsal olunmuş ilk fərdi kompüter. 70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildə mikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi və elektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasını inteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olan Santa-Klarada (Kaliforniya ştatı) yerləşən Intel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu… Nəhayət, 1978-ci ildə Intel 16 bitli i8086 mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı. "IBM PC"- IBM şirkətinin əmtəə nişanıdır və onu "fərdi kompüter" kimi tərcünə etmək olmaz.
PC Gamer
PC Gamer — video oyunlara həsr olunmuş, populyar beynəlxalq jurnaldır. 1993-cü ildən Böyük Britaniya, 1994-cü ildən ABŞ, 2002-ci ildən isə Rusiyada buraxılır. PC Gamer-in regional nəşrləri həm də Avstraliya, İspaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Ukrayna, Malaziya və İsrail kimi ölkələrdə çıxır.
PC World
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
IBM PC/AT
IBM PC/AT <pi-si ey-ti> – (AT – “Advanced Technology” sözlərinin qısaltması) IBM PC kompüterlərinin üçüncü nəsli. 1984-cü ildə IBM 5170 tipli maşın kimi yaradılıb. AT kompüterinin özəllikləri: • AT şini (AT BUS): AT ana lövhəsi 16-mərtəbəli verilənlər şininə, 24-mərtəbəli ünvan şininə malik idi. Bu da həcmi 16 Mbayt olan operativ yaddaşı ünvanlamağa imkan verirdi (müqayisə üçün: orijinal IBM PC modelində bu, 640 Kbayt idi). Bununla belə, əski nümunəli kartlarla (verilənlər şini ¬– 8 bit, ünvan şini – 20 bit) uyumluluq təmin olunurdu. • 84-klavişli klaviatura: 84-cü klaviş SysRq (System Request) idi; rəqəm klaviaturası əsas klaviş blokundan ayrı yerləşdirilmişdi; Caps lock/Scroll lock/Num lock klavişləri üçün indikator. Sonradan IBM PC/AT kompüterləri 101-klavişli klaviatura ilə təmin olundu. • Verilənləri saxlamaq üçün 1.2 Mbayt tutumu olan disketləri dəstəkləyən 5¼ düymlük disk qurğuları tətbiq olunurdu (keçmiş IBM PC modelində bu tutum 360 Kbaytdan çox deyildi). Tezliklə IBM PC/AT modeli 3½ düymlük disksürənlərlə təchiz olundu. • Tutumu 20 Mbayt olan sərt disk əvvəlki IBM PC/XT modelindən iki dəfə sürətli idi (40 ms).
IBM PC/XT
IBM PC/XT <pi-si iks-ti> – (XT – “eXtended Technology” sözlərinin qısaltması); IBM PC kompüterlərinin ikinci nəsli. 1983-cü ilin martında IBM 5160 tipli maşın kimi yaradılıb. Onaltıbitlik Intel 8088 prosessorunun bazasında qurulub. İstehsalı 1986-cı ilədək davam edib. Orijinal IBM PC kompüterindən fərqli olaraq sistem blokunda 10 Mbayt (sonradan 20 Mbayt) tutumu olan sərt disk quraşdırılmışdı. Operativ yaddaşı 128 Kbayt, yaxud 256 Kbayt idi (640 Kbaytadək artırıla bilərdi). İkinci sərt disk və disksürən (5¼") əlavə etmək imkanı vardı. Baza konfiqurasiyası monoxrom MDA, yaxud 16-rənglik CGA monitoru ilə təchiz edilmişdi. Klaviaturası 84 klavişdən ibarət idi. Əməliyyat sistemi olaraq PC-DOS 2.0 istifadə olunurdu.
PC-7 Team
PC-7 Team – İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Adını Pilatus PC-7 təlim təyyarəsindən almışdır. Pilatus PC-7 Komandanın aviaşou təyyarəsidir. 1987-ci ildə 9 təyyarədən ibarət komanda yaradılmışdır. 29 avqust 1987-ci ildə Dübendorfda komandanın ilk avişousu təqdim olunmuşdur.Bununla belə, 1989-cu il təsis ili hesab olunur, çünki həmin vaxt komanda İsveçrə Hərbi Hava Qüvvələrinin 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində uçmaq üçün yenidən formalaşdırılıb. Təyyarələr narıncı və gümüşü rənglərə boyanmışdı. Monako, İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveç və bir çox digər Avropa ölkələrində uçuşlar həyata keçirir. Komanda hərbi pilotlardan ibarətdir və adətən F/A-18-i idarə edirlər. 2008-ci ildən PC-7 təyyarəsinin modernləşdirilmiş variantı olan Pilatus PC-7 NCPC istifadə olunur. Həmin vaxtdan təyyarələr İsveçrə bayrağının rənglərinə uyğun olaraq qırmızı və ağ rəngə boyanıblar.
PC video oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq, proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu. Şaquli, üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.
PCGamesN
PCGamesN — onlayn videooyun jurnalı. Jurnalın ana şirkəti "Network N" 2012-ci ilin may ayının axırlarında Ceyms Binns tərəfindən təsis edilmişdir. Növbəti ay "PCGamesN" fəaliyyətə başlamışdır. Veb-saytın dizaynı ilk növbədə müstəqil franşizalar üçün hazırlanmış kanallara ev sahibliyi etmək və orijinal məzmun ilə qarışıq və istifadəçi tərəfindən yaradılmış məzmunu bir araya gətirmək üçün nəzərdə tutulmuşdu. Onlayn jurnalın fəaliyyətə başladığı ilk dövrlərdə redaktor heyətində keçmiş "PC Gamer" tənqidçisi Tim Edvards da var idi. "PCGamesN" onlayn jurnalına daha sonra on yeni kanal və iki yeni yazıçı əlavə edilmişdi. 2012-ci ilin avqust ayında jurnalın redaktor heyəti 7 nəfərdən ibarət idi. 2015-ci ildə onlayn jurnalın redaktor heyətinə "GamesMaster" və "Official PlayStation Magazine" jurnallarından olan mütəxəssislər qoşulmuşdur.
PCI
PCI (Peripheral component interconnect - periferiya komponentlərinin qarşılıqlı əlaqəsi) — periferiya qurğularının ana lövhəyə birləşdirilməsi üçün şindir. Intel 1990-cı ildə PCI şininin hazırlanması üçün iş başlayır və 1991-ci ilin yazında PCI şininin ilk model versiyasının hazırlanmasını başa çatdırır. Mühəndislərin qarşısına 486, Pentium və Pentium Pro prosessorlarının imkanlarını yerinə yetirə bilən, bahalı olmayan və məhsuldar bir şin hazırlamaq tapşırığı qoyulmuşdu. Həmçinin VESA (Video Electronics Standart Association) tərəfindən VLB şininin hazırlanması zamanı buraxılmış səhvləri (elektrik yüklənməsinə görə şinə 3-dən artıq periferiya qurğusu qoşula bilməzdi) nəzərə almaq lazım idi, üstəlik qurğuların avtomatik konfiqurasiya olunması ideyasını yerinə yetirmək lazım idi (nümunə kimi, Amiga kompüteri üçün Autoconfig protokolu). PCI şinləri yarandığı gündən tezliklə şəbəkələrdə istifadə edilməyə başladı. 1992-ci ildə PCI şininin ilk versiyası yarandı. Intel PCI şin standartını açıq elan edir və PCI Special Interest Group yaradır; istənilən mühəndis-texnoloq PCI şini üçün lisenziya əldə etmədən belə həmin şin üçün qurğu yaratmaq imkanı əldə edir. PCI şininin ilk versiyası 33 MHz takt tezliyinə malik idi, 32 və ya 64 bit ola bilərdi. PCI slota qoşulan qurğular isə 5 V və ya 3.3 V ilə işləyə bilərdi. Nəzəri cəhətdən şinin informasiyanı ötürmə sürəti 133 MB/san idi, lakin praktikada isə təxminən 80 MB/san-yə bərabər idi.
PCR
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti. Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T) Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu. Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.
PCWorld
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.

Digər lüğətlərdə