PEDAQOJİ

прил. 1. педагогдихъ галаз алакъалу тир; педагогрин (мес. шура); // педагогар, муаллимар гьазурдай, педагогический (мес. институт, техникум); 2. педагогикадиз талукь тир; педагогикадихъ галаз алакъалу тир; педагогикадин.
PEDAQOGİKA
PEDAQOQ
OBASTAN VİKİ
Pedaqoji institutlar
Pedaqoji institutlar – orta məktəb müəllimləri, həmçinin məktəbəqədər tərbiyə müəssisələri və xüsusi məktəblər üçün pedaqoqlar hazırlayan ali təhsil müəssisələri. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pedaqoji maarifçilik
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. == Predmeti == Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. == Vəzifələri == Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
Pedaqoji təcrübə
Pedaqoji təcrübə – təlim-tərbiyə işi prosesində müəllimin qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər; müəllimin pedaqoji ustalığının əsası; pedaqoji elmi inkişaf etdirmək mənbələrindən biri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == ПЕДАГОГИЧЕСКИЙ ОПЫТ - это...
Pedaqoji təhsil
Pedaqoji təhsil – ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi. == Əsas pedaqoji anlayışlar == Pedaqoji fəaliyyət böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğul olan ictimai əhəmiyyətli peşəkar fəaliyyətdir. O, təhsil prosesi çərçivəsində baş verir və məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin tərbiyəsi, inkişafı üçün münasib şəraitin yaradılmasına yönəldilmişdir. Pedaqoji fəaliyyət yalnız uşağa müəyyən bilik və bacarıq ehtiyatı vermək deyil, həm də ona mənimsənilmiş həyat təcrübəsindən istifadə etmək qabiliyyətini inkişaf etdirmək imkanı da verir. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri ilə inkişaf edərək zənginləşmiş və pedaqoji anlayışlar sistemini yaratmışdır. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmdir. Pedaqogika anlayışlar vasitəsilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Hazırda pedaqogikanın əsas anlayışları aşağıdakılardır: Təlim Tərbiyə Təhsil İnkişaf Pedaqoji proses Təlim ikitərəfli pedaqoji proses olduğundan öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı, mütəşəkküil pedaqoji fəaliyyət mövcuddur. Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir. Tərbiyə şüur və davranışın istənilən şəkilə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir.
Pedaqoji şura
Pedaqoji şura – orta təhsil müəssisələrində məktəbə kollektiv rəhbərlik orqanı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Naxçıvan Pedaqoji İnstitutu
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Pedaqoji elmlər doktoru
Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə. Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Kirovabad Dövlət Pedaqoji İnstitutu
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-ci ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir. O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir. Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
Kostanay Dövlət Pedaqoji İnstitutu
Kostanay Dövlət Pedaqoji İnstitutu (KDPİ) (qaz. Қостанай мемлекеттік педагогикалық университеттi (ҚМПУ)) — Qazaxıstanın Kostanay vilayətinin ali təhsil müəssisəsi. == Tarixi == Müəllim hazırlığı problemi həmişə Qazaxıstan SSR rəhbərliyinin diqqət mərkəzində olmuşdur. 1936-cı ildə respublikada 2365 nəfərlik qəbul planı ilə 25 pedaqoji texnikum mövcud idi. Pedaqoji texniki məktəblərə hazırlıq aşağıdakı istiqamətlərdə aparılmışdır: hazırlıq sinifləri, məktəb, məktəbəqədər təhsil, bədən tərbiyəsi, kitabxanaçılıq. Məlumdur ki, 1930-cu ildə ölkədə ümumbəşəri icbari ibtidai təhsil tətbiq olundu. Təqdimat şərtləri müəyyənləşdirildi, məktəbin rejimi, quruluşu müəyyənləşdirilmiş müvafiq sənədlər qəbul edildi. Bölgələrdə məktəblər sürətlə böyüdü. Müəllimlərə ehtiyac artdı, onlara münasibət dəyişdi, vəziyyəti və maddi vəziyyəti yaxşılaşdı. 1936-cı ildə “İbtidai və orta məktəb müəllimi” fərdi adı təsis edildi.
Krım Mühəndis-Pedaqoji Universiteti
Krım Mühəndis-Pedaqoji Universiteti (ukr. Кримський інженерно-педагогічний університет, krımtat. Qırım müendislik-pedagogika universiteti) təhsil mərkəzi 1993-cü ildə deportasiyadan qauıdan xalqların ehtiyacını nəzərə alaraq təsis edilmişdir. Universitetin mütəxəsislərinin böyük qismi IV dərəcəyə sahibdirlər. Əvvəlki adları: Krım Dövlət Mühəndis-Pedaqoji Universiteti, Krım Dövlət İndestrial-Pedaqoji Universiteti. Universitetdə yeddi fakültədə 10000 tələbə oxuyur ki, onlarda 23 ixtisas üzrə təhsil alırlar. 32 kafedra, 500-dən çox müəllim çalışır. 43 doktor, 266 elmlər namizədi və dosentdir. Universitetin Cankoy, Kerç və Evporiyada filialları fəaliyyət göstərir. Universitetdə Krımtatar dilinin elmi-araşdırma və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Pedaqoji İnstitutu
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Pavlodar Dövlət Pedaqoji Universiteti
Pavlodar Dövlət Pedaqoji Universiteti (PDPU) (qaz. Павлодар мемлекеттік педагогикалық университет (ПМПУ)) — Pavlodar şəhərinin ali təhsil müəssisəsi. == Tarixi == 1 dekabr 1962-ci ildə Pavlodar Pedaqoji İnstitutu (PPİ) açıldı. İl ərzində universitet dörd sinif otağından ibarət 3 nömrəli məktəbin dördüncü mərtəbəsində yerləşirdi. İki fakültə: Tarix və Filologiya və Fizika-Riyaziyyat — 150 nəfər təhsil aldı; dərslər 14 müəllim tərəfindən tədris edilmişdir. Qeydə alınan tələbələrin 50% -dən çoxunun iki ildən çox iş təcrübəsi var. 1963-cü ildə Fizika-Riyaziyyat Fakültəsinin Biologiya və Kimya Bölməsinin (tələbə sayının artması ilə əlaqədar) əsasında, bədən tərbiyəsi şöbəsi ilə Kimya və Biologiya Fakültəsi quruldu. 1964–1965-ci tədris ilində üç ixtisas üzrə (Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiət elmləri) tələbə qəbulu aparıldı. Tələbə sayı 284 nəfərə yüksəldi, universitetdə 23 əyani müəllim çalışdı. 1977-ci ildə Pavlodar Pedaqoji İnstitutunda məktəb direktorlarının hazırlığı və ixtisasartırma fakültəsi (PDPU) açılmışdır.
Qazaxıstan Milli Pedaqoji Universiteti
Qazaxıstan Milli Pedaqoji Universiteti (qaz. Абай атындағы Қазақ ұлттық педагогикалық университеті) — Qazaxıstan ərazisində fəsliyyət göstərən ilk ali təksil meəssisəsi. Universitet 1928-ci ildə təşkil edilmişdir. == Tarixi == 1928-ci ildə «Qazaxıstan Dövlət Universiteti» adı ilə təşkil edilmişdir. Bir pedaqoji fakultəsindən ibarət idi. 1928—1929-ci illərdə burada 124 tələbə təhsil almışdır. Universitetdə 9 professor fəaliyyət göstərirdi. Qazaxıstan Dövlət Universitetinin ilk rektoru Sancar Cafaroviç Asfendiyarov olmuşdur. Burada 1932—1933-ci illərdə pedaqoqika, kınd təsərrüfatı və tibb fakultələrinin təşkili planlaşdırılırdı. Ancaq sonradan müstəqil pedaqoji instutuna çevrilmişdir .
Semey Dövlət Pedaqoji İnstitutu
Semey Dövlət Pedaqoji İnstitutu (SDPİ) (qaz. Семей мемлекеттік педагогикалық институты (СМПИ)) — Semey şəhərinin ən qədim ali təhsil müəssisəsi. İnstitutda 5 mindən çox tələbə 26 ixtisas üzrə təhsil alır (bunlardan təxminən 2 mini əyani şöbədə, 3 mindən çoxu qiyabi şöbədədir). Tədris qazax və rus dillərində aparılır. İnstitutun 5 fakültəsi, 23 şöbəsi, 4 tədqiqat mərkəzi (Qazaxıstan filialı və Beynəlxalq Pedaqoji Təhsil Elmləri Akademiyasının Ekoloji Mərkəzi, Şəkərimtanu Tədqiqat Mərkəzi, Məktəbəqədər Laboratoriya, Tarixi Araşdırmalar Elmi Mərkəzi) mövcuddur. Universitetin maddi-texniki bazasına 5 tədris binası, idman kompleksi, 2 yataqxana, aqrobioloji stansiya, 300 min nüsxədən çox kitab fondu olan bir kitabxana, tədris, istehsalat və sənət emalatxanaları, 600 açıq stadion, İrtış sahillərində idman istirahət mərkəzi, habelə özəl nəşriyyatı vardır. == Tarixi == 1934-cü ildə Semipalatinskdə orta məktəblər üçün müəllim hazırlığı üçün iki illik kurslar əsasında şəhərin ilk ali təhsil müəssisəsi - Müəllimlər İnstitutu (1937-ci ildən - pedaqoji) yaradıldı. Pedaqoji İnstitut üç fakültədən ibarət idi (fizika-riyaziyyat, təbiətşünaslıq, rus dili və ədəbiyyatı). 1938-ci ildə ilk tələbə yataqxanası tikildi. 9 mart 1939-cu ildə pedaqoji instituta N.K.Krupskayanın adı verildi.
Astara Pedaqoji Kolleci
Astara Pedaqoji Kolleci (əvvəlki adı: Astara Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Astara Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; İnstrumental ifaçılıq (alətlər üzrə); Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Bədən tərbiyəsi və idman.
Astara Pedaqoji Texnikumu

Azərbaycan Pedaqoji İnstitutu
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
Ağcabədi Pedaqoji Kolleci
Ağcabədi Pedaqoji Kolleci (əvvəlki adı: Ağcabədi Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Hazırda ən qabaqcıl orta ixtisas təhsili müəssisələrindəndir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Musiqi müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə.
Ağcabədi Pedaqoji Texnikumu

Xankəndi Pedaqoji İnstitutu
Xankəndi Pedaqoji İnstitutu — 1969-cu ildən Azərbaycan SSR-nin Xankəndi şəhərində fəaliyyət göstərmiş ali məktəb. == Tarixi == Azərbaycan SSR-nin Xankəndi şəhərində 1969-cu ildə yaradılmışdır. Əvvəlcə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərmiş, 1973-cü ildə müstəqil ali məktəbə çevrilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayonu işğalından sonra ali təhsil müəssisəsi fəaliyyətini faktiki olaraq dayandırmışdır. İşğalı dövründə Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərmişdir. === Əvvəlki adları === 1969 — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Stepanakert filialı 1973 — Stepanakert Dövlət Pedaqoji İnstitutu 1988 — Kirovakan Dövlət Pedaqoji İnstitutunun Stepanakert şöbəsi == Fəaliyyəti == İşğala qədərki dövrdə institutda Azərbaycan və Erməni sektoru var idi. == İstinadlar == == Xarici keçidlər == İlham Cəmiloğlu. ""İşğal olunmuş auditoriya" - Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub - FOTOLAR". Musavat.com (az.). İstifadə tarixi: 2023-04-06.
Şamaxı Pedaqoji Məktəbi
Mirzə Ələkbər Sabir adına Şamaxı Pedaqoji Məktəbi (azərb-kiril. Мирзә Әләкбәр Сабир адына Шамахы Педагожи Мәктәби) — Azərbaycanda sovet dövründə mövcud olmuş Ali və Orta İxtisas Təhsil Nazirliyi sistemində orta ixtisas təhsil müəssisəsi. 1932-ci ildə yaradılmışdır. İbtidai sinif müəllimləri hazırlayırdı. 1985–1986-cı illər tədris mövsümündə məktəbdə 300-dək tələbə təhsil alır, 45 müəllim dərs deyirdi. Şamaxı Pedaqoji Məktəbini 1984–1985 illərdə 92 nəfər bitirmişdir.
İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi
İrəvan Azərbaycan Pedaqoji Texnikumu və ya İrəvan Türk Pedaqoji Texnikumu — Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi. 1924-cü il oktyabrın 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu fəaliyyətə başlayıb. Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan bu təhsil müəssisəsinin yaranması uzun və çətin mübarizənin nəticəsində olmuşdur. Texnikumun ilk dövründə Mehdi Kazımov direktor, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev isə təbiət müəllimi kimi fəaliyyət göstərmişdir. Bülbül Kazımova da texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. 1925-ci ildən texnikum Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumu adlandırılıb. 1929-cu ilin iyun ayında İrəvan Türk Pedaqoji Texnikumunun ilk buraxılışı baş tutmuşdur. 1926-cı ildən qəbul olunmuş 32 tələbədən 20-si (18 oğlan, 2 qız) bu mərhələni tamamlayıb. 1934-cü ildə ali təhsilli müəllimlərin cəlb edilməsi ilə tədrisin keyfiyyəti artır. Texnikum 1934-cü ildə Ümumittifaq texnikumlar yarışında birinci olub 7 min manat pul mükafatı qazanmışdır.
İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu

Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu

M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitet
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti (başq. М. Аҡмулла исемендәге Башҡорт дәүләт педагогия университеты (М. Аҡмулла исемендәге БДПУ)) — dövlət tabeliyində olan ali təhsil mərkəzi. Bugünkü gündə Başqırdıstan Dövlət Pedaqoji Universiteti 5 institut, 7 fakültə, 43 kafedraya sahibdir.. Başqırdıstan Dövlət Pedaqoji Universiteti öz mövcudluğu dönəmində 40 mindən çox mütəxəsis yetişdirmişdir. Ölkənin 20 ən yaxşı ali təhsil mərkəzlərindən biridir. Universitet "Auditoriya" qəzeti və "Başqırdıstan pedaqoji jurnalı" buraxır. == Tarixi == M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti 9 yanvar 1967-ci ildə institut olaraq təşkil edilmişdir. Ölkədə ilk müəllimlər institutu 1909-cu ildə təşkil edilmişdir. 1919-cu ildə həmin tədris ocağı Xalq Təhsili İnstitutuna çevrilir. Onun tərkibinə sosial-tarix, biologiya-coğrafiya, fizika-riyaziyyat və dil-ədəbiyyat fakültələri daxil idi.
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti

Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi
Atatürk Pedaqoji fakültəsi (türk. Atatürk Eğitim Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1998-ci ildə Atatürk Pedaqoji fakültəsi Ali Təhsil Şurası tərəfindən ölkənin bütün təhsil fakültələri ilə birlikdə yenidən qurulmuşdur. Bu nizamlanma ilə orta təhsildə sosial, elm və riyaziyyat sahələrində müəllim hazırlayan tələbələr fənn-ədəbiyyat fakültələrində təhsil almaqları əsasa bağlandı. 2019—2020 tədris ili etibarilə Atatürk pedaqoji fakültəsinin 44 professor, 48 dosent, 40 doktor müəllim, 27 mühazirəçi, 52 tədqiqatçı köməkçi, 14 xarici mütəxəssisdən ibarət 225 nəfərlik akademik heyəti var. Bundan əlavə, 160-ı xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6402 tələbə ixtisaslı təhsil və təlim prosesi yolu ilə yaxşı təchiz olunmuş müəllim namizədi kimi yetişdirilir. Təhsil 4 ildir. Türkiyənin ən qədim və köklü pedaqoji fakültələrindən biri olan Atatürk Pedaqoji fakültəsi, Mərmərə Universitetinin İstanbulun Asiya hissəsindəki Göztəpə şəhərciyində yerləşir. == Tarixçə == Atatürk Təhsil Fakültəsinin tarixi 1848-ci ildə açılan Darülmuallimin-i Rüşdiyə əsaslanır. 16 mart 1848-ci ildə İstanbulda açılan bu məktəbin qurulmasında məqsəd Osmanlı İmperiyasının ilk mülki və müasir təhsil ocaqları olan lisey şagirdləri üçün müəllim yetişdirmək idi.
Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti
Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti (QazDövQızPU) (qaz. Қазақ ұлттық қыздар педагогикалық университеті) — Qazaxıstanın Almatı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Qazaxıstan Dövlət Qadın Pedaqoji İnstitutu 15 Avqust 1944-cü ildə qurulmuşdur. Açılışının əsası Qazaxıstan SSR Xalq Komissarları Sovetinin “Qazaxıstan qadın gəncləri arasından ixtisaslı müəllim kadrlarının hazırlanması haqqında” 457 saylı qərarı idi. Əvvəlcə üç fakültəni əhatə edirdi: fizika və riyaziyyat, tarix, dil və ədəbiyyat. 1945-ci ildə Təbiət Elmləri və Coğrafiya Fakültəsi, 1968-ci ildə Musiqi və Mahnı Fakültəsi açılmışdır. 1971-ci ildə Dil və Ədəbiyyat fakültəsi Filologiya fakültəsinə, Tarix fakültəsi isə Tarix və Pedaqoji fakültəsinə çevrildi. 1984-cü ildə Tarix və Təhsil Fakültəsi Tarix Fakültəsi və Məktəbəqədər Təhsil Fakültəsinə bölündü. 1954-cü ildən sonra institutun bağlanması məsələsi bir neçə dəfə qaldırıldı, çünki guya məqsədini yerinə yetirdi, lakin Qazaxıstan SSR rəhbərliyi universiteti saxlamağa qərar verdi. 2000-ci ildə institutda Tarix, Filologiya və İqtisadiyyat Fakültəsi ilə yanaşı Təbiət Elmləri və Təhsil Xidmətləri Fakültəsi meydana çıxdı.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. == Tarixi == 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.

Значение слова в других словарях