McDonnell Douglas F-4 Phantom II
McDonnell Douglas F-4 Phantom II McDonnel Aircraft şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya bölmələrinin döyüş gücünü artırmaq məqsədilə istehsal olunmuş, iki oturacaqlı, iki mühərrikli, istənilən hava şəraitində döyüşmək qabiliyyətinə sahib qırıcı-bombardmançı təyyarədir. İlk dəfə 1960-cı ildə ABŞ Hərbi Donanmasında istifadə olunmağa başlamışdır. Yüksək uyğunlaşma səviyyəsi olduğuna görə sonradan ABŞ dəniz piyadaları korpusu və ABŞ HHQ tərəfindən aktiv istismar olunmağa başlamış, 1960-cı illərin ortalarından etibarən bütün aviasiya bölmələrinin əsas döyüş təyyarəsi olmuşdur.
2017-ci ilə olan məlumata əsasən istismarına başlamasından 60 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, F-4 qırıcıları hələ də İran, Yaponiya, Cənubi Koreya və Türkiyə kimi ölkələrdə aktiv istifadə olunur.
== İstifadəçilər ==
Avstraliya (keçmiş)
Misir: 34 ədəd F-4E xidmətdədir.
Almaniya (keçmiş): 30 iyun 2013-cü ildən xidmətdən çıxardılmışdırlar.
Yunanıstan: 12 ədəd RF-4E və 34 ədəd F-4E AUP xidmətdədir.
İran: 1960 – 1970-ci illərdə 225 ədəd F-4D, RF-4E, F-4E almışdır. 2015-ci ildəki məlumatlara görə 64 ədəd F-4D xidmətini davam etdirir.
İsrail (keçmiş): 2004-cü ildən F-4 təyyarələri xidmətdən çıxardılmışdırlar.