pik güc

ру пиковая мощность en peak power de Spitzenleistung fr puissance de crête es potencia de cresta it potenza di picco
pəncərə şüşəsi
piqment
OBASTAN VİKİ
Pik
Pik — İtiuclu dağ zirvəsidir
Güc
Güc bu mənaları ifadə edə bilər:
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır. Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi.
Karel Pik
Karel Pik (esperanto: ''Karolo Piĉ''; 6 dekabr 1920, Litomişl[d] – 15 avqust 1995, Litomişl[d]) — Çexiya esperantisti. Esperanto Akademiyasının üzvü, esperanto dilində qısa hekayələr, esse, şeir və roman yazan şair və yazıçı. Karel Peak esperanto dilində yazan məşhur və nüfuzlu əsərlər müəllifi idi. O, esperanto dilinə çoxlu neologizmlər gətirdi və işlətdi, hansıların ki bir çoxu müzakirələrə səbəb olmuşdular. Neologizmlərdən başqa, esperanto dilinin eksperimental istifadəsi ilə də tanınırdı. Bəzi esperantistlərin sözlərinə görə, Pik təcrübələrində o qədər irəliləmişdir ki, esperanto əvəzinə özünün icad etdiyi başqa dili istifadə edirdi. Onun ən məşhur əsəri, dilçilik təcrübələrini özündə cəmləşdirən "La Litomiŝla tombejo" (Litomişl qəbiristanlığı) (1981) adlı yarı avtobioqrafik romanıdır. Elə özü də, doğma şəhəri Litomişlda yerləşən həmin qəbiristanlığda dəfn olunmuşdur. Məzar daşının üzərində çex dilində "Esperantský spisovatel" ("esperanto yazıçısı") sözləri yazılmışdır. Esperanto dilində yazan Şotlandiya yazıçısı, şair və tərcüməçi Uilyam Old Pikin romanını esperanto dilinin klassik əsərləri siyahısına daxil etmişdir.
Kim Pik
Kim Pik (ing. Kim Peek ;d. 11 noyabr 1951,Solt-Leyk Siti,ABŞ-ö. 19 dekabr 2009)- fenomenal yaddaşa malik amerikalı, əldə etdiyi məlumatların 98%-ə qədərini yadda saxladığı üçün “Kim-puter” ləqəbini almış, “Yağış adam” (1988,ABŞ) filmində Dastin Hofmanın oynadığı qəhrəmanın prototipi. == Həyatı == Qeyri-proporsional böyük başa malik olan Kim Pik ənsəsində beysbol topu ölçüsündə olan kəllə-beyin yırtığı ilə anadan olmuşdur. Onun beyinciyi zədələnmiş, beynin sağ və sol yarımkürələrini bir-biri ilə birləşdirən qabarıq cisim isə mövcud olmamışdır. Kimin anadangəlmə olan bu xəstəliklərdən heç biri nə onun zəkasına, nə də əqli geriliyinə təsir göstərmişdir. Alimlərin fərziyyələrinə görə, qabarıq cismin yoxluğuna baxmayaraq beynin neyronları Kimin yaddaşını dəfələrlə möhkəmləndirən yeni bir birləşmə yaratmışdır. Atasının xatirələrinə görə, Kim artıq 16 aylığında oxumağı öyrənmişdir. 3 yaşında o qəzetlər oxuyur və tanış olmayan sözlərin mənasını başa düşmək üçün izahlı lüğətdən istifadə edirdi.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Payks-Pik
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Simurq PİK
Simurq — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu. == Yaranışı (2005–2008) == 2005-ci ildə təsis olunan Simurq Peşəkar Futbol Klubu isə elə ilk cəhddən birinci dəstədə 3-cü yeri tutaraq Güclülər dəstəsinə vəsiqə qazanıb. 2006–2007-ci illər mövsümündə 9-cu yeri tutaraq Simurq Futbol+ qəzetinin versiyasına görə "İlin sürpriz komandası" nominasiyasının qalibi olub. Ötən mövsüm isə komandamız daha böyük uğur əldə edib. İlk dövrədə turnir cədvəlində 1-ci pilləyə yüksələn Simurq mövsümü yüksək səviyyədə və sabit keçirərək bir il əvvəlki nəticəsini yaxşılaşdırıb və 6–7-ci pillələri bölüşdürüb. Bununla da, "Simurq" "Daşqın"ın uğurunu təkrarlayıb. Öz meydançasında məğlubedilməz imici qazanan Simurq Peşəkar Futbol Klubunun rəhbərliyi infrastukturun inkişafına ciddi önəm verir. Ötən illərdə komanda öz oyunlarını qonşu Şəki və Qax rayonlarında keçirsə də, artıq 2008/2009 mövsümündən rəqiblərini Zaqatalada yerləşən müasir Simurq stadionunda qəbul edir. Stadionun 3500 azarkeş tutumuna malikdir. === Simurq (2013–2014) === 2012/13-cü il mövsümünü dördüncü pillədə tamamlayan "Simurq", bu ilə də iddiasını ortaya qoyaraq başlamışdı.
Tim Pik
Tim Pik (ing. Timothy Nigel Peake; 7 aprel 1972, Çiçester[d]) — Avropa Kosmik Agentliyinin astronavtı. == Əsərləri == Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.]. — London : Century, 2016. — 239 p. — ISBN 978-1780897158. — OCLC 975302603. Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.].
XV Pik
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Pik saat
Pik saat — günün yollarda tıxacın və ictimai nəqliyyatda sıxlığın ən yüksək olduğu hissəsi. Normalda bu, hər iş günü ərzində iki dəfə, səhər və axşam, əsasən insanların çoxunun işə gedib-gəldiyi getdiyi vaxtlarda baş verir. Termin tez-tez bir saatdan çox davam edə bilən pik tıxac dövrü üçün istifadə olunur. İnternetin pik saatı termini buna bənzədilərək məlumat şəbəkəsinin pik istifadə dövrlərini təsvir etmək üçün istifadə edilmişdir ki, bu da gecikmələrə və məlumat paketlərinin daha yavaş çatdırılmasına səbəb olur. == Tərifi == Bu ad bəzən yanlış adlandırılır, çünki pik saat adətən bir saatdan çox davam edir və "pik" onun sürəti yox, trafikin həcmidir. Pik saat ölkədən, şəhərdə, bölgədən və mövsümdən asılı olaraq dəyişə bilər. İctimai nəqliyyatın tezliyi adətən pik saatlarda daha yüksək olur və adətən daha uzun qatarlar və ya daha böyük nəqliyyat vasitələri istifadə olunur.
Böyük güc
Böyük güc və ya Böyük dövlət — Azərbaycan dilində "Böyük güclər" və ya "Böyük dövlətlər" birləşməsi ilə də ifadə oluna bilər. Ümumi mənada bu termin iqtisadiyyatları, xarici siyasətləri və hərbi gücləri ilə dünya miqyasında təsiri olan dövlətləri əhatə etməkdədir. == Tarixi == Avropada bu termin ilk olaraq Napoleon Bonapartdan sonrakı dövrdə dövlətlər arası ayrımı ifadə etmək və dünya miqyasında təsir imkanlarına malik olan gücləri ayırd edə bilmək üçün istifadə olunmuşdur.
Güc (Fəlsəfə)
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Güc (fizika)
İşin görülmə yeyinliyi güc adlanan kəmiyyətlə təyin olunur. Görülən işin bu işi görməyə sərf olunan zaman müddətində nisbəti güc adlanır. P = A t {\displaystyle P={A \over t}} Burada P-güc; A-iş; t-işin görülməsinə sərf olunan zamandır. Güc skalyar kəmiyyətdir. Gücün Vahidi ingilis alimi C.Vattın şərəfinə BS də vatt qəbul edilmişdir. Vt kimi işarə olunur. == Güc vahidləri == Fizika məsələlərinin həllində 1Vt-dan min dəfə böyük kilovatt 1kVt=1000Vt milyon dəfə böyük meqavatt 1MVt=1000 000Vt min dəfə kiçik millivatt 1mVt=0.001Vt milyon dəfə kiçik mikrovat 1mkVt=0.000 001Vt və s.istifadə olunur. Məişətdə və texnikada "at qüvvəsi" güc vahidindən də istifadə olunur. 1a.q.=75kq * m/san=736Vt. == Gücün təyin edilməsi üsul və vasitələri == Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün təyin edilməsi elektrodinamik və ferrodinamik vattmetrlərin yardımı ilə icra olunur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur == Haqqında == Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Regional güc
Regional güc yaxud Bölgə gücünü təyin edən bir az fərqli təriflər var: Avropa Siyasi Araşdırmalar üzrə Avropa Tərəfdaşlıq Komissiyasına görə, regional güc "coğrafi olaraq müəyyən edilmiş, bölgəni iqtisadi və hərbi baxımdan təsir edən və bölgədə hegemonluq rolunu oynaya bilən bir bölgəyə aiddir. Dünya miqyasında müəyyən bir təsiri olmalı və qonşuları tərəfindən regional lider kimi tanınan və hətta qəbul edilən bir ölkə olmalıdır." Alman Qlobal və Regional Tədqiqatlar İnstitutuna görə regional bir güc olmalıdır; Öz şəxsiyyəti ilə müəyyən edilə bilən bir bölgənin bir hissəsi olmalıdır. Regional güc imicini qorumalıdır. Bölgənin coğrafi ölçüsünə və öz ideoloji quruluşuna təsirli təsirini göstərməlidir. Ən yüksək hərbi, iqtisadi, demoqrafik, siyasi və ideoloji bacarıqlara sahib olmalıdırlar. Bölgə ilə inteqrasiya olunmalıdır. Regional təhlükəsizliyi yüksək prioritet hesab etməlidir. Bölgədəki digər qüvvələr və xüsusən digər bölgələrdəki regional güclər tərəfindən regional güc kimi tanınmalıdır. Regional və qlobal strukturlarla əlaqələndirilməlidir.
Super güc
Fövqəldövlət və ya Super güc — Beynəlxalq miqyasda ilk sıralarda yerləşən və geniş təsir qabiliyyəti olan , hakim mövqeyə malik dövlətdir. Bu termin ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyası, Birləşmiş Ştatlar və Sovet İttifaqına aid edilmiş, sonralar, Soyuq müharibə dövründə 1956-cı ildə baş vermiş Süveyş böhranından sonra Britaniya imperiyası bu siyahıdan çıxarılmış və yalnız Birləşmiş Ştatlar ilə Sovet İttifaqına aid edilmişdir. Soyuq müharibənin sonunda, 1991-ci ildə Sovet İttifaqının ləğv olunmasından sonra isə Birləşmiş Ştatlar dünyanın tək super gücünə çevrilmişdir. == Terminologiya və mənşə == "Super güc" termininin dəqiq bir təsviri mövcud deyil və mənbələr arasında fərq ola bilər. Lakin, bu təriflərin hər birinə uyğun olan xüsusiyyət super gücün dövlət hakimiyyətinin yeddi ölçüsü — coğrafiya, əhali, iqtisadiyyat, resurslar, hərbi, diplomatiya və milli kimliyi ilə yüksək səviyyədə təmin olunmasıdır. Bu dövr ilk dəfə 1944-cü ildən əvvəl qəbul olunmuş böyük güclərdən daha da böyük olan gücləri təsvir etmək üçün istifadə olunurdu, lakin, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlara və Sovet İttifaqına aid edilməsinin ardından termin müəyyən məna qazanmışdır. Çünki, ABŞ və Sovet İttifaqı qlobal siyasətə və hərbi hakimiyyətə böyük təsir göstərə bilmişdi. Termin mövcud siyasi məna baxımından, 1943-cü ildə müharibədən sonrakı dünya nizamının potensial forması ilə bağlı holland-amerikan geostrateq Nicholas Spykman tərəfindən bir sıra mühazirələrdə bu ifadə istifadə olunmuş, yaranmışdır. Bu termin Britaniya imperiyasının və Amerika Birləşmiş Ştatlarının dünyanın sülhü və rifahı üçün vacib olan misilsiz dənizçilik üstünlüyünə istinad edilərək hazırlanmış "Sülh coğrafiyası" kitabının əsasını təşkil edir. Bir il sonra, 1944-cü ildə amerikan xarici siyasət professoru William Tr Fox, "Böyük Qüvvələr: Amerika Birləşmiş Ştatları, Britaniya və Sovet İttifaqı — Onların sülh məsuliyyəti" kitabının konsepsiyası üzərində işləyib.
Sərt güc
Sərt güc — Siyasətdə digər siyasi təşkilatların davranışlarına və ya maraqlarına təsir etmək üçün hərbi və iqtisadi vasitələrdən istifadə etməkdir. Siyasi hakimiyyətin bu forması çox vaxt aqressivdir (məcburiyyət) və bir siyasi orqan tərəfindən daha az hərbi və/yaxud iqtisadi gücə malik olan digərinə tətbiq edildikdə ən təsirli vasitə olur. Sərt güc, diplomatiya, mədəniyyət və tarixdən gələn yumşaq güc ilə ziddiyyət təşkil edir. Cozef Naya görə, sərt güc "başqalarını sizin iradənizi yerinə yetirmək üçün iqtisadi və hərbi gücün yerkökü və çubuqlarından istifadə etmək bacarığını" əhatə edir. Burada "yerkökü" ticarət maneələrinin azaldılması, ittifaq təklifi və ya hərbi müdafiə vədi kimi stimulları ifadə edir. Digər tərəfdən, "çubuqlar" təhdidləri – o cümlədən məcburi diplomatiyadan istifadəni, hərbi müdaxilə təhlükəsini və ya iqtisadi sanksiyaların tətbiqini təmsil edir. Ernest Wilson sərt gücü "başqasını həmin qurumun başqa cür hərəkət etməyəcəyi şəkildə hərəkət etməyə məcbur etmək" qabiliyyəti kimi təsvir edir. == Tarixi == Sərt gücün mövcudluğu uzun bir tarixə malik olsa da, bu terminin özü Cozef Nye suveren dövlətin xarici siyasətində yeni və fərqli güc forması kimi yumşaq gücü icad etdiyi zaman yaranmışdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində realist məktəbə görə, hakimiyyət müəyyən maddi sərvətlərə, o cümlədən əhaliyə, əraziyə, təbii sərvətlərə, iqtisadi və hərbi gücə və başqalarına sahib olmaq ilə bağlıdır. Sərt güc bir millətin və ya siyasi qurumun digər aktyorların davranışlarına təsir etmək üçün iqtisadi stimullardan və ya hərbi gücdən istifadə etmək qabiliyyətini təsvir edir.
Yumşaq güc
Yumşaq güc (ing. soft power) — siyasi hakimiyyət forması. Yumşaq gücə apellyasiya və cazibə yolu ilə başqalarının üstünlüklərini formalaşdırmaq qabiliyyəti daxildir. Yumşaq gücün əsas xüsusiyyəti qeyri-zorakılıqdır; yumşaq gücün valyutası isə mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. == Nümunələr == === Fransa === Fransa uzun zaman böyük miqdarda yumşaq güc tətbiq etmişdir. Fransa və onun mədəniyyətinin əsrlər boyu dünyanın bir çox yerlərində heyranı olmuşdur; Tomas Cefferson "Hər bir insanın iki ölkəsi, özü və Fransası var" ifadəsi buna nümunədir. 2017-ci ildə Fransada dünyanın ən böyük diplomatik şəbəkəsi sırasında üçüncü idi.
Güc mənbəyi
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Güc transformatoru
Güc transformatoru — iki və ya daha çox dolağı olan enerji təchizatı şəbəkələrində (elektrik şəbəkələrində) elektrik cihazıdır ki, bu da elektromaqnit induksiyası vasitəsilə dəyişən gərginliyin və cərəyanın bir dəyərini eyni tezlikdə dəyişən gərginliyin və cərəyanın digər dəyərinə çevirir, ötürülən gücünü dəyişmədən. Güc transformatoru həm də alçaldıcı transformator da adlanır, müxtəlif cihaz və avadanlıqların bir hissəsi olan, onları məişət elektrik şəbəkəsindən enerji ilə təmin edir.
Güc (dəqiqləşdirmə)
Güc bu mənaları ifadə edə bilər:
Güc (fəlsəfə)
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Hərbi güc
Hərbi güc — dövlətlərin və beynəlxalq siyasətin digər subyektlərinin öz xarici siyasət və daxili siyasət məqsədlərini həyata keçirmək üçün mövcud olan silahlı məcburetmə vasitələrinin məcmusudur. Geniş mənada hərbi güc beynəlxalq münasibətlər subyektinin öz hərbi imkanlarını nümayiş etdirmək (dolayı yolla) və ya silahlı zorakılıq vasitələri arsenalından (birbaşa) istifadə etməklə digər subyektlərə və beynəlxalq vəziyyətə təsir etmək qabiliyyətidir . Bu, həm cəmiyyəti (xalqı, dövləti) qorumaq, həm də öz siyasi iradəsini kənara çıxarmaq üçün istifadə edilə bilər.
Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır. == Haqqında == Xəstəliyin ilk əlaməti həyatın ilk ilində (çox vaxt 6-7 aylıq uşaqlarda) təzahür edir: tədricən qaraciyər və dalaq böyüyür, kəskin arıqlama və psixi inkişafın ləngiməsi müşahidə edilir; mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması fonunda piramid sistemin zədələnməsi əlamətləri müşahidə edilir (hərəkət pozulması, spasifik iflic və s.). Sonralar əzələ tonusu və reflekslər zəifləyir; idiotiya, korluq və karlıq müşahidə edilir. Xəstəlik 5 yaşına qədər ölümlə nəticələnir (xəstə uşaqların tez-tez infeksion və iltihabi xəstəliklərə tutulması ölüm hallarını tezləşdirir). Toxuma və üzvlərdən götürülmüş biopsiya müayinələrində Pik hüceyrələrinin görünməsi bu xəstəliyin əsas morfoloji diaqnostik kriteriyası sayılır. Xəstəliyin A, B, C olmaqla 3 tipi mövcudddur. Bir-biri ilə əlaqəli olan A və B tip 1 – cili turş sfinqomielinaza fermentinin əksikliyi və bunun nəticəsində sfinqomielin toplantısı ilə xarakterikdir. A tip xəstəlikdə, ağır formada sfinqomielinaza əksikliyi görünür, sfinqomielinin seramid və fosforilxolinə parçalanmasında pozğunluq yaranır. Bütün faqosit hüceyrələrində və neyronlarda artıq miqdarda sfinqomielin toplanır.