Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib.
Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.