pirs 2021
piruet
OBASTAN VİKİ
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. == Tarix == Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Şahzadə Albert (pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. == Tarix və mədəniyyət == Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. == Quraşdırılma və sağalma == Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. == Şahzadə Əsası == Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.
Şahzadə Albert (genital pirsinq)

Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. == Tarix == Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar - Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.