Plantage

die; -, -n plantasiya (Süd. : plantaj), tarla, iri əkinçilik təsərrüfatı
Planstelle
Planung
OBASTAN VİKİ
Corc Plantagenet
Corc Plantagenet (ing. George Plantagenet) (d. 21 oktyabr 1449 - ö. 18 fevral 1478) — 3. York hersoqu Riçard Plantagenet və Sesilya Nevilin oğlu, İngiltərə kralları IV Eduardın və III Riçardın qardaşı. Gül müharibəsi olaraq da tanınan Plantagenetlərlə onlara rəqib olan digər fraksiyalar arasında gedən taxt mübarizəsində mühüm rol oynadı. York sülaləsinə mənsub olsa da, qardaşına xəyanət edərək Lankasterlərin tərəfinə keçdi. Ələ keçirildikdən sonra qardaşı IV Eduardın əmriylə şərab çəlləyində boğularaq edam edildi. Ashdown-Hill, John (2014). The Third Plantagenet: George, Duke of Clarence, Richard III's Brother.
II Henri Plantagenet
II Henri (ing. Henry II of England; 5 mart 1133, Le-Man[d] – 6 iyul 1189, Şinon qəsri) — Plantagenetlər sülaləsinə mənsub ilk İngiltərə kralı. II Henri (1154 – 1189) öz hakimiyyəti altında geniş mülkləri birləşdirir: İngiltərədən başqa, Normandiya, Anju, Men, Turen, Puatu və Akvitaniya ona tabe idi. Bəzən Plantagenetlərin dövlətinə Anju imperiyası deyirdilər. Böyük maliyyə ehtiyatları olan və cəngavərlərə, şəhərlilərə, azad kəndlilərə arxalanan II Henri İngiltərədə feodal pərakəndəliyinə son qoydu, şerif vəzifəsinə isə xırda və orta feodalları təyin etməyə başladı. Dövlətin mərkəzləşdirilməsində II Henrinin islahatları da böyük rol oynamışdı. Ilk növbədə kral məhkəməsini gücləndirmək üçün o, məhkəmə islahatı keçirir. Islahatın mahiyyəti ondan ibarət idi ki, hər bir azad adam müəyyən ödənc verməklə öz işini malikanə məhkəməsindən kral məhkəməsinə keçirə bilərdi. Malikanə məhkəməsində " Tanrı məhkəməsi" nin köməyilə işə baxılırdısa kral məhkəməsində işə andlılar baxırdı. Nəticədə senyor kuriyalarının nüfuzu aşağı düşür.
Neoseiulus plantagenis
Neoseiulus plantagenis (lat. Neoseiulus plantagenis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Plantagenetlər
Plantagenetlər (fr. Plantagenêt, ing. Plantagenets /plænˈtædʒənɪt/) — XII–XV əsrlərdə İngiltərədə hökmranlıq edən fransız mənşəli kral sülaləsi. Müasir tarixçilər Plantagenet adını dörd fərqli kral evinə bölürlər: Anju ölkəsində hökmranlıq etmiş anvecinlər, 1154-cü ildə hakimiyyətə Matildanın oğlu və Anju qrafı V Joffrua Plantagenetin hakimiyyətə gəlməsi ilə İngiltərədə hökmranlığa başlayan plantagenetlər və plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar. Plantagenetlər İngiltərə taxt-tacında 1154-cü ildən III Riçardın döyüş zamanı VII Henri tərəfindən öldürülməsinə, 1485-ci ilə qədər hakimiyyətdə olmuşdurlar. Plantagenetlərin hakimiyyəti altında İngiltərə yenidən quruldu. Plantagenet kralları Magna Carta imzalayaraq, kompromis və danışıqlar apardılar. Onlar maliyyə və hərbi dayaq vasitəsilə kral hakimiyyətini məhdudlaşdırdılar. Kral təkcə ölkədə ən nüfuzlu adam olmadı, həm də məhkəmə, feodal vergiləri və hərbi hakimiyyəti öz əlində cəmləşdirdi. İndi o, məkhəmə, hüquq və dövlət vəzifələrinə adamları özü təyin edirdi.
Elyanora Plantagenet (Kastiliya kraliçası)
Elyanora Plantagenet (isp. Leonor Plantagenet; sentyabr 1161 – 31 oktyabr 1214, Burqos, Kastiliya və Leon) — Kastiliya kralı VIII Alfonsonun xanımı, Kastiliya kraliçası. Eyni zamanda İngiltərə kralı II Henrinin qızıdır. Təxminən 1161-ci ildə Normandiyanın Domfront kommunasında dünyaya gəldi. Atası İngiltərə kralı II Henri, anası isə Akvitaniya hersoqinası Elyanora idi. Anası daha öncə Fransa kralı VII Lüdoviklə evlənmişdi və bu evlilikdən onun 2 bacısı vardı. 1170-ci ildə 9 yaşlı Elyanora siyasi məqsədlərlə 15 yaşlı Kastiliya kralı VIII Alfonso ilə evləndirildi. Bu yolla atası Akvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.