II Henri Plantagenet
II Henri (ing. Henry II of England; 5 mart 1133, Le-Man[d] – 6 iyul 1189, Şinon qəsri) — Plantagenetlər sülaləsinə mənsub ilk İngiltərə kralı.
II Henri (1154 – 1189) öz hakimiyyəti altında geniş mülkləri birləşdirir: İngiltərədən başqa, Normandiya, Anju, Men, Turen, Puatu və Akvitaniya ona tabe idi. Bəzən Plantagenetlərin dövlətinə Anju imperiyası deyirdilər. Böyük maliyyə ehtiyatları olan və cəngavərlərə, şəhərlilərə, azad kəndlilərə arxalanan II Henri İngiltərədə feodal pərakəndəliyinə son qoydu, şerif vəzifəsinə isə xırda və orta feodalları təyin etməyə başladı.
Dövlətin mərkəzləşdirilməsində II Henrinin islahatları da böyük rol oynamışdı. Ilk növbədə kral məhkəməsini gücləndirmək üçün o, məhkəmə islahatı keçirir. Islahatın mahiyyəti ondan ibarət idi ki, hər bir azad adam müəyyən ödənc verməklə öz işini malikanə məhkəməsindən kral məhkəməsinə keçirə bilərdi. Malikanə məhkəməsində " Tanrı məhkəməsi" nin köməyilə işə baxılırdısa kral məhkəməsində işə andlılar baxırdı. Nəticədə senyor kuriyalarının nüfuzu aşağı düşür.