PLATİN

[isp. platina] платина, платин (лацу къизил, гзаф багьа лацу рангунин металл); // платин(а)дин.
PLATFORMA
PLATO
OBASTAN VİKİ
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Mişel Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.
Platini

Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.

Digər lüğətlərdə