PLEBİSİT
(latın plebiscitum, plebs-sadə xalq və; scitumqərar, qət)
ümumi səsə qoyma; əhali arasında aparılan sorğu; ümumun rəyini soruşma; ümumxalq səsvermənin bir növü; ümumi və mühüm əhəmiyyətli məsələlərə dair əhalinin rəyinin aşkara çıxarılması məqsədi ilə, səsvermə vasitəsi ilə ümumixalq sorğusu. P. – referendumun bir növüdür, lakin referendumdan fərqli olaraq P.-in nəticələri mütləq hüquqi qüvvəyə malik deyil, hərçənd həmin nəticələr dövlət hakimiyyəti orqanları trəfindən müvafiq qərar qəbul edildikdə - nəzərə alınmalıdır. Beynəlxalq münasibətlərdə P. bir qayda olaraq açıq, həll edilməmiş və, hətta mübahisəli məsələlərə dair (misal: neytral və ya mübahisəli ərazilərin taleyini müəyyən edilməsi üçün) aparılır.