PLATFORMA

(siyasi platforma) (fransız plate-yastı; və forme-forma) siyasi partiyanın, ictimai təşkilatın, qrupun, hərəkatın və ya fərbi şəxsin (namizədin) müəyyən etdiyi, seçdiyi özünə rəhbər tutduğu (adətən seçkilərdən, referendumdan öncə) irəli sürdüyü siyasi fəaliyyət proqramı, taktikası, kursu, tələbləri, şüarları, eyni zamanda onların (siyasi subyektlərin) riayət etdikləri, uğrunda fəaliyyət və mübarizə apardıqları əsaslı prinsipial nəzəri və ideoloji müddəalar. P.-lar bir qayda olaraq, öz əksini siyasi subyektlərin nizamnamə və əsasnanələrində, bəyannamələrində və çıxışlarında, qəzet və jurnallarında, stend və bukletlərində və s. tapır – sosıal-siyasi həyatın müxtəlif sahələrini əhatə edir.
PİKET
PLEBİSİT
OBASTAN VİKİ
Platforma
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Platforma (dəqiqləşdirmə)
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma sahələri
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur. Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir. Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KAUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Platforma (film, 2019)
Platforma (ing. The Platform) — 2019-cu ildə çəkilmiş İspaniya filmi. Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir. “Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi. Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir.
Afrika platforması
Afrika platforması - Afrikanın Atlas və Kap istisna olunmaqla əksər hissəsini əhatə edən Kembriyə qədərki platforma. Özülü Nubiya–Ərəbistan, Ahaqqar və başqa qalxanlarda səthə çıxır. Onların arasında Tandenni, Çad, Konqo, Karru və başqa sinklizlər yerləşir. Afrika platformasının şimalı qismən də cənubu kənarları epiplatforma orogenezinə məruz qalmış və Şərqi Afrika dağlıq qurşağı əmələ gəlmişdir. Qurşaq göl və çay dərələrinin inkişaf etdiyi rift-qrabenlər sistemi ilə mürəkkəbləşmişdir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .
Google Bulud Platforması
App Engine - Servis olaraq Platform yerləşdirmək Java, PHP, Node.js, Python, C #, . Net, Ruby və Go tətbiqetmələri. Compute Engine - Microsoft Windows və Linux virtual maşınlarını çalışdırmaq üçün bir xidmət olaraq infrastruktur . Kubernetes Engine (GKE) və ya GKE on-Prem Anthos platformasının hissəsi kimi təklif əsasında Servis olaraq Konteynerlər - Kubernetes . Bulud funksiyaları - Node.js, Python və ya Go-da yazılmış hadisəyə əsaslanan kodu çalışdırmaq üçün bir xidmət olaraq fəaliyyət göstərir. Cloud Run - Knative-ə əsaslanan icra mühitini hesablayın. Cloud Run (tam idarə olunan) və ya Anthos üçün Cloud Run kimi təklif olunur. Hal-hazırda GCP, AWS və VMware idarəetməsini dəstəkləyir. Cloud Storage Cloud SQL - MySQL, PostgreSQL və MsSQL əsaslı bir xidmət olaraq verilənlər bazası . Cloud Bigtable - İdarə olunan NoSQL verilənlər bazası xidməti.
Hindistan platforması
Karabakh is Azerbaijan Platforması
Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAz — İkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur. "Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir. Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır. Fəaliyyət istiqamətləri: İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması; İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi; Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi; Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi; Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi; 2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib. Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub. 2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.
Kompyuter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Kompüter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Ən azı 100 milyon aktiv istifadəçisi olan sosial platformaların siyahısı
Bu, ən azı 100 milyon aylıq aktiv istifadəçisi olan[1] sosial platformaların siyahısıdır. Siyahıya sosial şəbəkələr, həmçinin onlayn forumlar, foto və video paylaşma platformaları, mesajlaşma və VoIP proqramları daxildir. ^ Aylıq aktiv istifadəçi sayı əlçatan olmadıqda, digər göstəricilərə əsasən onun 100 milyondan çox olduğu təxmin edilir. ^ Platformanın cari qərargahını göstərir. Platformanın qurulduğu ölkədən və ya ana şirkətin qərargahından fərqli ola bilər.
Sosialist Həmrəylik Platforması
Sosialist Həmrəylik Platforması (SOHƏP; türk. Sosyalist Dayanışma Platformu, SODAP) — Türkiyədə sosialist təşkilat. 8 fevral 2004-cü ildə bəyannamə dərc edərək yaradıldığını elan etmişdir. Qərargahı İstanbulda yerləşir. Platformanın nəşr orqanı "Sosyalist Dayanışma Dergisi". SODAP öz proqram layihəsində "kapitalizmə yeganə real alternativin sosializm olduğunu" bildirir və qeyd edir ki, XXI əsr sosializminin məqsədini qoruyur. SODAP müxtəlif fəaliyyətləri və bəyanatları ilə Türkiyədə kommunist hərəkatının aparıcı kadrlarından biri olan Hikmət Qıvılcımlının düşüncə və davranış xəttinin davamçısı olduğunu bəyan etmişdir. SODAP-ın nəşriyyat orqanı "Sosyalist Dayanışma Dergisi" jurnalıdır. 2010-cu ilin oktyabrında "Azadlıq və ədalət üçün üçüncü cəbhə" başlıqlı ilk nömrəsi ilə nəşrə başlamışdır. Baş ofisi İstanbulda olan jurnal aylıq nəşr olunur.

Digər lüğətlərdə