PLİTƏ

сущ. плита (плоский, прямоугольный кусок камня, металла и т.п. с гладкой поверхностью). Mərmər plitələr мраморные плиты, çuqun plitələr чугунные плиты
PLİSSELİ
PLİTƏVARİ
OBASTAN VİKİ
Balmoral rif plitəsi
Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir. Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir. Peter Bird.
Cənubi Amerika plitəsi
Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir. Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir. Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Cənubi Bismark plitəsi
Cənubi Bismark plitəsi — tektonik mikroplitə olaraq 0,00762 steradion sahəyə malikdir. Adətən Sakit okean plitəsinin tərkib hissəsi kimi göstərilir. Bismark arxipelaqı (Yeni Britaniya), Yeni Qvineyanın şimal-şərqi hissəsi, Solomon dənizinin şimal-qərbi, Bismark dənizinin isə cənubu bu plitənin üzərində yerləşir. Konvergent sərhəddində Yeni Britaniya və Solomon adaları yerləşir. Vudlark, Şimali Bismark, Manus və Solomon dənizi plitələri ilə əhatələnmişdir.
Filippin plitəsi
Filippin plitəsi — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir. Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
Futuna plitəsi
Futuna plitəsi — mikroplitə olaraq 0,00079 steradian sahəyə malik plitə. Adətən Sakit Okean plitəsinin tərkib hissəsi olaraq göstərilir. Sakit okeanın cənubunda Futuna adası yaxınlığında yerləşir. Şimaldan Sakit Okean plitəsi, cənubdan Avstraliya plitəsi və şərqdən Niuafoou plitəsi ilə əhatələnmişdir.
Hind-Avstraliya plitəsi
Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri. Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Hindistan plitəsi
Kermadek plitəsi
Kermadek plitəsi — uzunsov tektonik plitə. Sahəsi 0,01245 steradion təşkil edir. Hind-Avstraliya plitəsinin tərkib hissəsi hesab edilir. Şimaldan Kermadek novu, cənubdan isə Sakit okean ilə əhatələnir. Plitə Yeni Zelandiya və Kermadek adalarının təməli hesab edilir. Litosfer plitələrinin divergent sahəsi yaxınlığında yerləşir. Avstraliya, Sakit okean və Tonqa plitələri ilə sərhəddə malikdir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Manus plitəsi
Manus plitəsi — litosfer plitəsi 0.0002 steradion sahəyə malikdir. Bu mikro plitə litosfer plitələri arasında ən yaxşı arşdırılanıdır. Bir çoxları onu Sakit okean plitəsinin tərkib hissəsi hesab edir. Bismark dənizinin bir hissəsinin təməlidir. Cənub-şərqində Manus adası yerləşir. Adı eyni adanın adından götürülmüşdür. Manus plitəsi Şimali Bismark plitəsi və Cənubi Bismark plitəsi ilə sərhəddə malikdir.
Maoke plitəsi
Maoke plitəsi — tektonik mikro plitə olaraq 0,00284 steradion sahəyə malikdir. Adətən Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Yeni Qvineyanın şərqində yerləşir. Cənubda Avstraliya plitəsi, qərbdə Quşbaşı plitəsi və Vudlark plitəsi ilə sərhəddə malikdir.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Niuafoou plitəsi
Niuafoou plitəsi — tektonik mikroplitə olaraq 0,00079 steradian sahəyə malikdir. Adətən Hind-Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Tonqa adasından qərbdə yerləşir. Şimaldan Sakit okean plitəsi, qərbdən Futuna plitəsi, şərqdən isə Tonqo plitəsi ilə sərhədlənir.
Okinava plitəsi
Okinava plitəsi — uzun, ensiz litosfer plitəsi olub, 0,00802 steradion sahəyə malikdir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. Plitə Tayvan adasının şimalından başlayaraq Kyuşu adasının cənubuna qədər uzanır. Okinava plitəsi şərqdən Filippin plitəsi ilə əhatələnir və aralarında Kyuşu novu yerləşir. Qərbdən Yanszı plitəsi ilə divergent sərhəddə malikdir. Bu iki plitə arasında Okinava novu yerləşir. Şimaldan isə Amur plitəsi ilə sərhədlənir.
Oxot plitəsi
Oxot plitəsi — materik məşəlli litosfer plitə. Avrasiya materikinin şimal-şərqi, Yaponiya adalarının bir hissəsi və Oxot dənizinin ərazisini əhatə edir. Şərqdə Kuril novu və Sakit Okean plitəsi, cənubdan isə Filippin plitəsi ilə əhatələnmişdir. Seysmik baxımından aktiv bölgə hesab edilir. Tetsuzo Seno, Taro Sakurai, and Seth Stein. 1996. Can the Okhotsk plate be discriminated from the North American plate? J. Geophys.
Pasxa ada plitəsi
Pasxa ada plitəsi — kiçik ölçülərə (550 km x 410 km) malik olan tektonik plitə. Sakit okean plitəsinin tərkibinə daxildir. 0,00411 steradian ölçüyə malikdir. Plitə qərbdə Sakit okean plitəsi, şərqdən isə Naska plitəsi ilə əhalətənmişdir. Sakit okean daxilində yerləşir. Mikroplitə üzərində yerləşən Pasxa adasının adına uyğun olaraq adlandırılmışdır. Bird, P., An updated digital model of plate boundaries, Geochem. Geophys. Geosyst., 4 (3), 1027, doi: 10.1029/2001GC000252, 2003.
Plitələr tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Plitələrin tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Qorda plitəsi
Qorda plitəsi — okean məşəlli tektonik plitə, Sakit okeanın altında, Kaliforniyanın şimalında yerləşir. Farallon plitəsinin tərkib hissəsidir. Şərq sərhəddi konvergent sərhəddə malikdir və burada Şimali Amerika plitəsi ilə sərhədlənir. Sakit okean plitəsi ilə qərbdən divergent sərhəddə malikdir. Burada Qorda silsiləsi yerləşir. Şimaldan Xuan de Fuka plitəsi ilə sərhədlənir. Hər iki plitə birlikdə Farallon plitəsinin tərkibini təşkil edir.
Tonqo plitəsi
Tonqo plitəsi — tekoktonik plitə olaraq 0,00625 steradian sahəyə malikdir. Avstraliya plitəsinin tərkib hissəsinə daxildir. Sakit okeanın qərbində yerləşir və Tonqo adalarının təməlini təşkil edir. Sakit Okean plitəsi ilə şərqdən sərhədlənir. Burada Tonqo çökəkliyini əmələ gəlir. Qərbdə Niufoou plitəsi və Avstraliya plitəsi, cənubda isə Kermadek plitəsi ilə sərhədlənir.
Vudlark plitəsi
Vudlark plitəsi — mikroplitə olaraq 0,01116 steradian sahəyə malikdir. Adətən Hind-Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Sakit okeanın qərbində yerləşir və Yeni Qvineya, Solomon dənizi və Trobriand adasının təməlini təşkil edir. Vudlark plitəsi Karolin, Şimali Bismark, Cənubi Bismark, Solomon dənizi, Sakit okean, Avstraliya, Maoke və Quşbaşı plitələri ilə sərhəddə malikdir. Vudlark plitəsi öz adını Vudlark adasının adından götürülmüşdür.
Yanszı plitəsi
Yanszı plitəsi — qədim platforma olaraq, Çinin cənub-şərq hissəsini əhatə edir. Sahəsi 0,05425 steradian təşkil edir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi olaraq görtərilir. Əsasən çömə suxurlardan ibarətdir.
Yenihebrid plitəsi
Yenihebrid plitəsi — litosfer plitəsi olaraq, 0,01585 steradion sahəyə malikdir. Sakit okean plitəsinin tərkib hissəsidir. Sakit okeanda Vanuatu adası yaxınlığında yerləşir. Cənub-qərbində Hind-Avstraliya plitəsi ilə sərhəddə yerləşir. Sərhəd olan litosfer plitələri: Hind-Avstraliya, Sakit okean, Balmoral və Konvey. (ing.) Peter Bird,An updated digital model of plate boundaries, Geochemistry Geophysics Geosystems, 2003 (ing.) Calmant, S., B. Pelletier, P. Lebellegard, M. Bevis, F. W. Taylor, and D. A. Phillips (2003), New insights on the tectonics along the New Hebrides subduction zone based on GPS results, J. Geophys. Res., 108 (B6), 2319, doi: 10.1029/2001JB000644.

Digər lüğətlərdə