Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ülfət (qəzet)
"Ülfət" — Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı. == Məlumat == "Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.
Ülfət Abbasov
== Həyatı == Abbasov Ülfət Yaqub oğlu 1963-cü il dekabr ayının 27-də Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Ülfət Abbasov Kənd Təsərrüfatı Akademiyasında uzun illər müəllim işləmişdir. == Hərbi xidməti == Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanan baş leytenant Ülfət Abbasovun ilk döyüşü Şuşa şəhərində olmuşdur. Ağır gedən döyüşlərdə gənc döyüşçü böyük fədakarlıq göstərmişdi. O, döyüşlərin birində mühasirəyə düşdüyü dəstəni böyük atışmadan sonra xilas edə bilmişdi. Xüsusi təyinatlı zenit-raket bölməsinin komandiri kimi Laçın, Cəbrayıl, Ağdərə döyüşlərində fədakarlıq göstərmişdir. 1993-cü il may ayının 13-də Sərsəng Su Anbarı istiqamətində gedən ağır döyüşlərin birində şəhid olmuşdur.
Ülfət Babazadə
Ülfət Qabil oğlu Babazadə (28 fevral 2001; Lənkəran rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülfət Babazadə 2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Ülfət Babazadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Babazadə noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülfət Badalbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005). == Həyat == 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır === Təhsili və elmi dərəcə və elmi adları === 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur === Vəfatı === Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru. === İctimai fəaliyyəti === 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
Ülfət Bədəlbəyli

Ülfət Kərimov
Ülfət Ələkbər oğlu Kərimov (23 fevral 1971, Kəlbəcər – 27 mart 1993, Ağdaban, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı. == Həyatı == Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur. == Birinci Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır. === Ağdaban döyüşü === Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur. Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir. === Döyüşlərdəki nailiyyətləri === Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir. == Təltif və mükafatları == (1993) — "Azərbaycan Bayrağı" ordeni. === Milli Qəhrəman fəxri adına layiq görülməsi təklifi === Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.İkinci dəfə ölümündən sonra Ülfət Kərimovun Milli Qəhrəman fəxri adı ilə təltif olunmasını təklif edilsə də, sözügedən mükafatla təltif olunması baş tutmayıb.
Ülfət Rzayev
Ülfət Novruz oğlu Rzayev (11 fevral 2000; Tərtər rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülfət Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Rzayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülfət qəzeti
Ülfət — 1905-ci ildə da nəşr olunmuş qəzet. == Tarixi == Naşiri və redaktoru tatar jurnalisti və ictimai xadimi Əbdürrəşid İbrahimov idi. İstanbulda təhsil almış, bir sıra Şərq ölkələrinə səyahət etmiş Ə.İbrahimov səfərləri barədə "Ülfət"də və müxbiri olduğu digər qəzetlərdə çoxlu yazılar çap etdirmişdi. Öz yazılarında o, bütün müsəlmanları, o cümlədən türk soyundan olan millətləri inqilabi hərəkatdan istifadə edərək "ittibadi-islam" bayrağı altında birləşməyə çağırırdı. Bir tərəfdən dini xürafatı, digər tərəfdən isə türk birliyini təbliğ edən "Ülfət" qəzeti və onun redaktoru "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov", "Qəzetlərdən", "Bəzi işlər", "Helmi paşa", "Biz" və b. felyetonlarında, digər mətbu yazılarında dəfələrlə kəskin tənqid olunmuşdur. == Həmçinin bax == Azərbaycan mətbuatı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.289.
Ülfət (qəzet, 1905)

Ülfət (qəzet, 1991)
"Ülfət" — Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı. == Məlumat == "Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.
Ülfət Abbasov (əsgər)
== Həyatı == Abbasov Ülfət Yaqub oğlu 1963-cü il dekabr ayının 27-də Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Ülfət Abbasov Kənd Təsərrüfatı Akademiyasında uzun illər müəllim işləmişdir. == Hərbi xidməti == Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanan baş leytenant Ülfət Abbasovun ilk döyüşü Şuşa şəhərində olmuşdur. Ağır gedən döyüşlərdə gənc döyüşçü böyük fədakarlıq göstərmişdi. O, döyüşlərin birində mühasirəyə düşdüyü dəstəni böyük atışmadan sonra xilas edə bilmişdi. Xüsusi təyinatlı zenit-raket bölməsinin komandiri kimi Laçın, Cəbrayıl, Ağdərə döyüşlərində fədakarlıq göstərmişdir. 1993-cü il may ayının 13-də Sərsəng Su Anbarı istiqamətində gedən ağır döyüşlərin birində şəhid olmuşdur.
Ürfət Ağayev
Ürfət Xanəli oğlu Ağayev (8 dekabr 1927, Bakı – 2000) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Ürfət Xanəli oğlu Ağayev 1927-ci il dekabrın 8-də Bakıda anadan olmuşdur. 1935-1947-ci illərdə orta məktəbdə təhsil almışdır. 1941-1947-ci illərdə “Xəzər” donanmasında maşinist vəzifəsində çalışmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və orada 1951-ci ilə qədər oxumuş, sonra isə təhsilini 1951-54-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. 1954-cü ildə ADU-da laborant işləmişdir. == Elmi fəaliyyəti == 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Neft İnstitutu, Neft-Kimya Priosesləri İnstitutu, Xlor-üzvi-sintez İnstitutu və Polimer Materialları İnstitutunda laborant, kiçik və böyük elmi işçi, labotratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Azərbaycan EA PMİ-də “Polimerlərin elektro-fotokimyəvi sintezi” laboratoriyasının müdiri olmuşdur. 1959-cu ildə “Tsikloheksan karbohidrogenlərinin fotokimyəvi xlorlaşması”mövzusunda namizədlik, 1975-ci ildə isə “Tsikloheksan karbohidrogenlərinin elektro-fotokimyəvi hallogen–ləşməsinin stereokimyəvi və onların halogen törəmələrinin konformasiya tarazlığının tədqiqi”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ü.X.Ağayev kombinasiyalı elektro-fotokimyəvi halogenləşmə üsulunu işləyib hazırlamış və bu üsulla ilk dəfə olaraq tsikloheksan və asiltsikloheksan törəmələrinin halogenləşmə prosesinin stereokimyasının və alınan halogen törəmələrinin stereokimya və konformasiyasını Nüvə Maqnit Rezonansı, İnfraqırmızı spektroskopiyası və digər fiziki usullarla tədqiq etmiş və mühüm nəzəri nəticələr almışdır.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. == Doğulması haqqında fikirlər == Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
Ülgən
Ülkəş
Ülkəş (fars. الكش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (18 ailə).
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Gülfəm Xatun
Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul) - Osmanlı padşahı I. Süleymanın hərəmi. == Həyatı == Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir. Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir. Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər. İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. == Bioqrafiyası == Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Alget
Məscidli Görarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Meçidli Gorarxı" adlandırırlar. Meçidli Gorarxinda meçid olduğu üçün belə adlandırılar. Həmçinin "Qanlı Gorarxı" adı ilə də tanınmışdır. == Əhalisi == 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədi ilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı == Tarixi == Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Ülgen
Ülker
Ülker — İstanbul mərkəzli Türk qida və içki istehsalçısı. Məhsulları 110 ölkəyə ixrac olunur.