polar

adj. 1. qütb(i); 2. (gegensätzlich) zidd
Pol
Polarisation
OBASTAN VİKİ
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Polarcus
Polarcus dünyada seysmik tədqiqat gəmilərinin donanmasını idarə edən bir dəniz geofiziki şirkətidir. Şirkət həm dəniz, həm də havaya atılan tullantıları azaltmağı hədəfləyən güclü bir ətraf mühit sahibi kimi fəaliyyət göstərməkdədir. Polarcus gəmiləri yüksək enerji səmərəliliyi və ətraf mühitin performans reytinqini qazanmışdır. Polarcus, dünya miqyasında seysmik məlumatların əldə edilməsi xidmətləri və Multi-Client kitabxana məlumatları, həmçinin enerji şirkətlərinin dənizdə neft və qaz ehtiyatlarını tapmasına kömək etmək üçün seysmik məlumatların görüntüləməsini təmin edir. Şirkət 2008-ci ildə BƏƏ-nin Dubay şəhərində təsis edilmişdir. Polarcus Limited, səhmlərini 2008-ci ildə Oslo Birjasının birjalar siyahısında qeyd etdirmişdir.
Polaroid (film, 2019)
Polaroid, The Ring və Final Destination filmlərinin üslubunda çəkilmiş və köhnə bir Polaroid fotoaparatına rast gəlmiş bir kollec tələbəsi olan və kollecdə hamı tərəfindən uzaqlaşdırılan Bird Fitcher haqqında danışır. Bird çox vaxt keçmədən kameranın qorxulu bir sirrə malik olduğunu öyrənir: bu kamera ilə şəkili çəkilən adam üstündən çox vaxt keçməmiş faciəli və şiddətli bir formada ölür. Qız və dostları onların hamısı ölməmişdən əvvəl sehrli Polaroidin sirrini müəyyənləşdirməlidirlər, lakin bunun üçün onlara əlavə olaraq bir gün də vaxt lazımdır. Baş rollarda Kathryn Prescott, Samantha Logan, Tyler Young, və Javier Botet iştirak etmişdir.
Salix polaris
Qütb söyüdü (lat. Salix polaris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix herbacea Sol. Salix polaris subsp. pseudopolaris (Flod.) Hultén Salix polaris var. selwynensis Raup Salix pseudopolaris Flod.
Sorbus polaris
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Ursus polaris
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Salix polaris subsp. pseudopolaris
Qütb söyüdü (lat. Salix polaris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix herbacea Sol. Salix polaris subsp. pseudopolaris (Flod.) Hultén Salix polaris var. selwynensis Raup Salix pseudopolaris Flod.
Salix polaris var. selwynensis
Qütb söyüdü (lat. Salix polaris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix herbacea Sol. Salix polaris subsp. pseudopolaris (Flod.) Hultén Salix polaris var. selwynensis Raup Salix pseudopolaris Flod.

Digər lüğətlərdə