Qarabağ müharibəsi populyar mədəniyyətdə
Qarabağ müharibəsi incəsənətdə — Qarabağ müharibəsinə populyar mədəniyyətdə ithaf olunan incəsənət, ədəbiyyat, musiqi və filmlərdə əsərlər.
== İncəsənət ==
Qarabağ müharibəsi haqqında çoxlu sərgilər keçirilmiş, incəsənət əsərləri həsr olunmuşdur.
== Ədəbiyyat ==
Azərbaycan ədəbiyyatında erməni-müsəlman məsələsində 3 böyük əsərin, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” və Cəlil Məmmədquluzadənin “Kamança” əsərlərini adlarını çəkmək olar. Bunlar münaqişə ilə bağlı qələmə alınan dəyərli nümunələrdir.
Son dövrlərdə qələmə alınan çoxlu əsərlər var ki, onlardan Baba Pünhanın "Qarabağ getsə əgər" qəzəlini, Əbdürrəhim Karakoçun "Karabağ'a Mektup", Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini, Zahir Əzəmətin, Rasim Qaracanın qələmə aldıqlarını qeyd etmək olar. Tomas de Vaalın Dağlıq Qarabağa həsr etdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Tomas Qoltzun Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic münaqişə haqda dünya ədəbiyyatında ən populyar mənbələrdən biri hesab edilir.
== Musiqi ==
Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, vətəni tərənnüm edən, vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir. Hip-hop arenasında Dəyirman qrupu "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.