Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960).
== Həyatı ==
İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur.
Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək
olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.