Potsdam

coğ. Potsdam \[[t]-am[/t]\]

potensial
povest
OBASTAN VİKİ
Potsdam
Potsdam (alm. Potsdam‎ [ˈpɔtsdam]) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir. == Coğrafiya == Ərazidə son buzlaşma dövründən qalan moren təpə və tirələri mövcuddur.
Aleksandrovka (Potsdam)
Rus koloniyası Aleksandrovka (alm. Russische Kolonie Alexandrowka‎) — Almaniyanın Potsdam şəhərinin şimalında yerləşən və 1826-1827-ci illər arasında Prusiya kralı III Fridrix Vilhelmin tapşırığı ilə sonuncu rus əsqər xorunun on iki musiqiçisi üçün inşa olunmuş kiçik qəsəbə. Potsdamdakı bu koloniyanın adı Hohentsollern və Romanov sülalələri arasında qohumluq və dostluq əlaməti olaraq 1 dekabr 1825-ci ildə vəfat etmiş Rusiya imperatoru I Aleksandrın şərəfinə adlandırılmışdır. 1999-cu ildə Aleksandrovka Potsdamın qəsr və saray-bağ kompleksləri ilə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == 1806-cı ildə Prusiya-Sakson qoşunları Yena və Auerştadt döyüşündə Napoleon ordusu tərəfindən məğlub edilmişdir. Napoleon 1812-ci ildə məğlub olmuş almanlara Rusiyaya qarşı Fransa ilə ittifaq qurmağı məcbur etmişdir. Fransızlar tərəfindən əsir düşən mindən çox rus əsgərlərindən 62-si 1812-ci ilin oktyabr ayında Potsdam şəhərində köçürlər. Rus əsqərləri xorçu qismində formal olaraq birinci Prusiya Keşikçi Korpusunun sıralarına daxil olmuşdular. 30 dekabr 1812-ci ildə Tauroggendə (indiki Tauragedə) qarşılıqlı bitərəflik haqqında saziş bağlanandan sonra, Prussiya və Rusiya 1813-cü ilin yazında Fransaya qarşı mübarizədə birləşmiş və Prusiya kralının tapşırığı ilə əsir rus əsgərlərindən ayrıca alay yaradılmışdır. Prusiya fərariləri və Rusiya məhbusları birgə əmr altında Napoleona qarşı mübarizə qalxdılar.
Potsdam konfransı
Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans. == Konfransın qərarları == 1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi.
Potsdamer Platz
Potsdamer Platz Berlindəki bir şəhər meydanıdır. Meydan Brandenburq Qapısı və Reyxstaqdan 1 km cənubda və Tierqarten Parkının bilavasitə yaxınlığında yerləşir və Potsdam şəhərinin adını daşıyır. Potsdamer Platz Almaniyanın yenidən birləşməsindən sonra bir çox şəhər yeniləmə layihələrinin mərkəzi olmuşdur.