POZULMUŞ YATIM

dislokasiyaya uğramış yatım, süxurların deformasiyası nəticəsində əmələ gəlmiş, ikinci yatımı endogen, eləcə də ekzogen proseslərlə əmələ gələ bilər. нарушенное залегание contorted bedding, contorted stratification bedding
POZULMUŞ EROZİYA SİKLİ
PRERİ
OBASTAN VİKİ
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar — insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. Süxurlar Çöküntülər Yer qabığı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Reqressiv yatım
Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.
Üfqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.