Bosniya və Herseqovinada pravoslavlıq
Bosniya və Herseqovinada pravoslavlıq mürəkkəb və mübahisəli bir tarixə malikdir. Elə Roma İlliriyasının özündə xristianlıq hələ son antiklik dövründə yayılmışdır ki, ona romanlaşmış valaxlar inanırdılar. Bu dağlıq təpəli ərazinin slavyanlar tərəfindən kütləvi şəkildə məskunlaşması 7-9-cu əsrlərdə başlamışdır. Slavyan istilalarının səbəb olduğu müvəqqəti qarışıqlıqdan sonra Bizans İmperiyası, XI-XII əsrlərin pravoslav yunan-slavyan dövlətinə çevirilərək Balkan bölgələri üzərində nəzarəti yenidən qazandı. Ancaq Bosniya və Herseqovinanın cənub slavyanları imperiyanın kənarında, Qərb (katolik) dünyası ilə sərhəddə yerləşirdi. 1054-cü ildə Qərb və Şərqi Pravoslav kilsələri bir-birlərini lənətliyəndən sonra daim davam edən dinlərarası ziddiyyətlər səbəbindən, təcrid olunmuş dağlıq bölgələrdə yaşayan Bosniya və Herseqovinanın slavyanları da müəyyən oriyentir itirdilər. Boqomilçilik adlanan sekta yayılmağa başlayır. 1220-ci ildə Müqəddəs Sava Bosniya ərazisində Dabar Yeparxiyasını qurdu. Dini çəkişmələrdən bezən boqomillər, XV-XVIII əsrlərdə, Osmanlı hakimiyyəti dövründə fəal şəkildə İslamı qəbul etdilər. Bosniya və Herseqovinanın qərb bölgələri katolikliyə keçdi.