Prefiks
Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir:
Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər
Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq
La- – inkarlıq bildirir.
Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə
Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik
a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal
anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.