Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Affiksli dillər
Affiksli dillər — Flektiv dillərdən fərqli olaraq söz formalarmı affikslərin köməyilə düzəldən dillər. Hind-Avropa və türk dilləri buna misal ola bilər.
Affekt
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləmə Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Erigeron affinis
Erigeron affinis (lat. Erigeron affinis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euseius affinis
Euseius affinis (lat. Euseius affinis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Foreign Affairs
"Foreign Affairs" – ABŞ-də iki ayda bir nəşr olunan siyasət elmləri, beynəlxalq münasibətlər və iqtisadiyyat jurnalıdır. Xarici Əlaqələr Şurasının nəşr etdiyi jurnalın internet saytında isə gündəlik olaraq məqalələr dərc olunur. 1922-ci ilin sentyabrından etibarən Xarici Əlaqələr Şurası tərəfindən hər rübdə bir dəfə (3 aydan bir yəni) nəşr olunmağa başlandı.
Fritillaria affinis
Fritillaria affinis (lat. Fritillaria affinis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Galium affine
Gambusia affinis
Adi hambuziya (lat. Gambusia affinis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin hambuziya cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzını yalnız çənələrarası sümüklər haşiyələyir. Üzgəcləri yumşaqdır. Yan xətti yoxdur. Kiçik ölçülü (30 sm-dək), kütləsi 3 q-a qədər olan sümüklü balıqlardır. Dişləri konus və ya qıl şəklindədir. Quyruq gövdəsinin alt kənarı girdələnmiş və burada pulcuqların orta sırası uzanmışdır. Bunların erkəklərində anal üzgəcin ön şüaları cinsi əlaqə üzvünə çevrilmişdir. == Yayılması == Cənubi Amerika şirin su diridoğan balığı əvvəlcə Avropada, sonra isə başqa regionlarda, o sıradan Azərbaycanda iqlimləşdirilmişdir.
Himantoglossum affine
Himantoglossum affine (lat. Himantoglossum affine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Lamium affine
Lamium maculatum (lat. Lamium maculatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lamium album var.
Lupinus affinis
Lupinus affinis (lat. Lupinus affinis) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Mentha affinis
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Milvus affinis
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Orthosiphon affinis
Syncolostemon canescens (lat. Syncolostemon canescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin syncolostemon cinsinə aid bitki növü.
Phyllorchis affinis
Bulbophyllum affine (lat. Bulbophyllum affine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Himalaydan Ryukyu adalarına qədər ərazidə yayılmışdır. Bulbophyllum kusukusense Hayata Phyllorchis affinis (Lindl.) Kuntze Phyllorkis affinis (Wall. ex Lindl.) Kuntze Sarcopodium affine (Wall. ex Lindl.) Lindl.
Phyllorkis affinis
Bulbophyllum affine (lat. Bulbophyllum affine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Himalaydan Ryukyu adalarına qədər ərazidə yayılmışdır. Bulbophyllum kusukusense Hayata Phyllorchis affinis (Lindl.) Kuntze Phyllorkis affinis (Wall. ex Lindl.) Kuntze Sarcopodium affine (Wall. ex Lindl.) Lindl.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Sarcopodium affine
Bulbophyllum affine (lat. Bulbophyllum affine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Himalaydan Ryukyu adalarına qədər ərazidə yayılmışdır. Bulbophyllum kusukusense Hayata Phyllorchis affinis (Lindl.) Kuntze Phyllorkis affinis (Wall. ex Lindl.) Kuntze Sarcopodium affine (Wall. ex Lindl.) Lindl.
Senecio affinis
Senecio affinis (lat. Senecio affinis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Spathoglottis affinis
Spathoglottis affinis (lat. Spathoglottis affinis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. Spathoglottis regneri Rchb.f.
Stachys affinis
Stachys affinis (lat. Stachys affinis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.