PREZUMPSİYA

is. \[lat. praesumptio\] hüq. Hələ əksinin sübut olunmadığı etibarlı hesab edilən ehtimal. Hüquqda bir neçə prezumpsiya mövcuddur: a) müəlliflik prezumpsiyası; b) mülki hüquqda borclunun təqsir prezumpsiyası; c) cinayət hüququnda təqsirsizlik prezumpsiyası.
PRESSOTERAPİYA
PRİNTER
OBASTAN VİKİ
Təqsirsizlik prezumpsiyası
Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. lat. "Ei incumbit probatio qui dicit, non qui negat" azərb. "Təqsirin sübutu təqsir olunan şəxsin borcu deyil, təqsir edən tərəfin borcudur."‎ Təqsirsizlik prezumpsiyası böyük hüquqi təcrübə ilə dəstəklənir və bir sıra konvensiyalar vasitəsilə müasir beynəlxalq hüquq bu prinsipə riayət olunmasını təmin edir. Təqsirsizlik prezumpsiyası prinsipinə Bibliyada və hətta bir qədər əvvəllər Qədim Yunanıstanda Afinanın və Spartanın qanunlarında da rast gəlinir. Məlumdur ki, Roma İmperiyası zamanı bu prinsip hüquqi təcrübənin tərkib hissəsi olmuşdur. Roma Məcəlləsinin 4-cü kitabında bəyan edilir ki, "Qoy bütün ittamçılar başa düşsünlər ki, onlar müvafiq şahidlər və ya şübhə doğurmayan sənədlər və ya təkzibolunmaz sübüt hesab edilən və gün kimi aydın olan dolayı sübutlarla sübuta yetirilmədən heç bir ittiham irəli sürməməlidirlər." Buna əməl olunmasa da, "təqsir subuta yetirilmədən təqsirsiz" fikrinə üstünlük verilmişdir. Vaxt keçdikcə, təqsirsizlik prezumpsiyası davam etmişdir. 1700-cü illərin ortalarında İngiltərədə yazan Blakstoun qeyd etmişdir ki, "qanunlara görə on təqsirkar şəxsin qaçması bir nəfər təqsirsiz şəxsin itkiyə məruz qalmasından yaxşıdır". Bir neçə onillikdən sonra Fransa inqilabı zamanı, "İnsan və Vətəndaş Hüquqları haqqında Bəyannamə"nin 9-cu maddəsində qeyd olunmuşdur ki, "həbs zəruri hesab olduğu halda bütün şəxslər təqsirli bilinənədək onlar təqsirsiz hesab olunduğundan təhlükəsizlik üçün vacib olmayan kobud hərəkətlər qanunla qəti surətdə qadağan olunmalıdır".
Ölüm prezumpsiyası
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.

Digər lüğətlərdə