Proqnozlaşdırma

Prognostication (forecasting) Proqnozun irəli sürülməsi ilə bağlı istifadə olunan elmi praktiki metodların məcmusu və ya hər hansı bir prosesi, yaxud proseslər sisteminin inkişaf meyillərinə və perspektivlərinə yönəldilmiş elmi tədqiqat. Bax: Proqnoz. Proqnozlaşdırma proseslərin kəmiyyətcə öyrənilməsindən keyfiyyət qiymətləndirilməsinə istiqamətlənir. Sosial-iqtisadi sahədə proqnoz makro iqtisadi tənzimləməyə, planlaşdırmaya, eləcə də idarəetmənin digər həlqələrinə xidmət edir. Müddətinə görə proqnozlaşdırma aşağıdakı kimi təsnifləşdirilir: cari, qısamüddətli, orta müddətli və uzun müddətli.
Proqnoz
Proqramlı ticarət

Digər lüğətlərdə