Protestant etikası və kapitalizm ruhu
"Protestant etikası və kapitalizm ruhu" (alm. Die protestantische Ethik und der «Geist» des Kapitalismus)) — alman sosioloqu və iqtisadçısı Maks Veberin 1905-ci ildə yazdığı əsərdir.
Əsərdə kapitalist sisteminin yaranması Reformasiya hərəkatı ilə, xristianlıqda Protestantizmin meydana gəlməsi və onun əmək və sahibkarlığa dair məxsusi münasibəti ilə əlaqələndirilir. Alman iqtisadçının fikrincə protestant dini-etik kompleksi zəhmətkeşlik, ehtiyatlılıq və qənaətcillik və ümumilikdə rasional iqtisadi təfəkkürün formalaşmasını təmin etmişdir. Maks Veber kapital sahibləri və sahibkarlar arasında protestantların mütləq çoxluq təşkil etdiini qeyd etmişdir.
Kitab 2 hissədən və 5 başlıqdan ibarətdir:
Problemin qoyuluşu (3 başlıqdan ibarət ilkin iradlar);
Asketik protestantlığın peşəkar etikası (2 başlıq).
Polşalı iqtisadçı-tarixçi Henrik Qrossman Veberin əsərini iki cəhət üzrə tənqid etmişdir. Birincisi, Qrossman Marksın əsərlərinə istinadən, İngiltərədə icma torpaqlarının zəbt edilməsi ilə bağlı sərt hüquqi kriteriyaları qeyd edirdi. İkinci isə Qrossman həmin "qanlı qanunlar"ın bütün Avropada, xüsusilə də Fransada tətbiq edildiyini yazırdı. Qrossmanin fikrincə, onlar işsizliyi qanunsuz olan etmişdirlər və onlar tərəfindən yaradılmış müəssisələr xalqı təhkimlilikdən xilas edərək azad işçi qüvvəsinə çevirdi.