Prussiyalı Marqarita (Finlandiya kraliçası)
Prussiyalı Marqarita (alm. Margarethe Beatrice Feodora; 22 aprel 1872, Potsdam, Prussiya – 22 yanvar 1954) — Almaniya imperatoru III Fridrixin qızı, Finlandiya kraliçası.
Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 25 yanvar 1893-cü ildə Hesseli Fridrix Karlla evləndi. Ərinin Finlandiya parlamenti tərəfindən kral seçilməsinin ardından qısa müddət Finlandiya kraliçası olsa da, cəmi 2 ay sonra əri Hesseli Fridrix Karl taxtdan imtina etdi. 1926-cı ildə Hesse landqrafı ünvanı alan cütlüyün bu nigahdan 6 oğlu doğulsa da, bunlar üçünü müharibə meydanlarında itirdilər.
=== Övladları ===
Fridrix Vilhelm (24 noyabr 1893 – 12 sentyabr 1916)
Maksimilyan (20 oktyabr 1894 – 13 oktyabr 1914)
Filipp (6 noyabr 1896 – 25 oktyabr 1980)
Volfqanq (6 noyabr 1896 – 12 iyul 1989)
Riçard Vilhelm Leopold (14 may 1901 – 11 fevral 1969)
Kristof (14 may 1901 – 7 oktyabr 1943)
=== Qalereya ===
== Mənbə ==
Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>.