Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pryanik
100 qr xama 2 x.q. günəbaxan yağı 1,5 x.q. xəmir qabardıcı 125 qr kəsmik 125 qr kefir və ya qatıq 250 qr şəkər 1 x.q. vanil şəkəri 500 qr un 2 yumruta 250 qr pudra şəkəri Günəbaxan yağı, xəmirqabardıcı, xama, kefir, şəkər, kəsmik, vanil şəkəri və 2 yumurta sarısı dərin bir qabda qaşıqla qarışdırılır.10 dəqiqə dincəlməyə qoyulur. Sonra un əlavə edilib xəmir yoğrulur və 20 dəqiqə dincə qoyulur. Hazır xəmir təxminən 1,5 sm qalınlığında yayılır və ondan balaca dairələr kəsilir. Duxovka listi hazırlanır, kəsilmiş xəmir yumruları bir-birinə yaxın olmayacaq şəkildə düzülür. 180 dərəcə istilikdə 15 dəqiqə bişirilir. 2 yumurta ağı köpüklənənə qədər çırpılır, ona tədricən 250 qr pudra şəkəri əlavə olunur. Bu qarışıqdan isti pryaniklərə fırça ilə çəkilir.
Bryansk
Bryansk — Rusiya Federasiyasında şəhər, Bryansk vilayətinin və Bryansk rayonunun inzibati mərkəzi. == Tarixi == Ehtimal ki, şəhər əvvəllər Çaşin kurqan şəhər yerində yerləşmiş (şəhərin meydana gəlməsinin şərti tarixi – 985 il; arxeoloji materiallar 11–15-ci əsrlərə aiddir), buradan isə Pokrov dağındakı şəhər yerinə köçürülmüşdür (arxeoloji materiallar 12 əsrin 2-ci yarısına aiddir). İlk dəfə adı Dobryansk kimi İpatisal naməsində 1147-ci ilin əvvəllərində baş verən hadisələrlə bağlı qeyd olunur. Çerniqov knyazlığının tərkibində olan Bryansk 13-cü əsrin ortalarından Bryansk knyazlığının mərkəzi idi. 1310-cu ildə monqollar tərəfindən dağıdılmışdır. 1356-cı ildə Litva knyazı Olgerd tərəfindən işğal edilmiş, 1357-ci ildən sonra Böyük Litva knyazlığının tərkibinə qatılmışdır. 15-ci əsrin sonlarından Bryansk adlanır. 1500-cü ildə Rusiya-Litva müharibəsinin gedişində rus qoşunları tərəfindən tutulmuş, Moskva barışığına (1503) görə Rus dövlətinə birləşdirilmişdir. 1607-ci ildə bir aydan çox II Yalançı Dmitrinin qoşunlarının mühasirəsinə davam gətirmişdi. 17-ci əsrdən Bryansk yaxınlığında iri Sven yarmarkası fəaliyyət göstərirdi == Coğrafiyası və iqlimi == Orta Rusiya yüksəkliyinin qərb hissəsində, Bolva çayının Desna çayına töküldüyü yerdə yerləşir.
Uryadnik
Uryadnik — 1. çar ordusunda: kazak kiçik zabiti; 2. çar Rusiyasında: qəza polisində aşağı rütbə.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. Пранк — розыгрыш или хулиганство?
Bryansk vilayəti
Bryansk vilayəti (rus. Брянская область) — Rusiya Federasiyasının subyekti. Rusiyanın Avropa hissəsinin qərbində yerləşir. Mərkəzi federal dairəsinə daxildir. Sahəsi 34,9 min km².-dir. Əhalisi 1242,6 min nəfərdir (2014). 27 rayonu, 16 şəhəri, 25 şəhər tipli qəsəbəsi var. İnzibati mərkəzi Bryansk şəhəridir. == Sənayesi == Sənaye məhsullarının həcmi 32,45 mlrd. rubldur (2004).
Orqanik aşınma
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır. Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi.
Qranik döyüşü
Qranik döyüşü - e.ə. 334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş. Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir. Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir. Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir.
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
Orlov-Bryansk əməliyyatı
Orlov-Bryansk əməliyyatı — 1941–1942-ci illərdə Moskvanın strateji müdafiəsinin gedişində Sovet qoşunları tərəfindən həyata keçirilmiş müdafiə əməliyyatı. 30 sentyabr 1941-ci ildən 23 oktyabr 1941-ci ilədək davam etmişdir. Əməliyyatın gedişində Qızıl Ordu hissələri düşmənin üstün qüvvələri tərəfindən mühasirəyə alınsa da, düşmənə ağır zərbələr vuraraq Quderianın ikinci tank qruplaşmasının (6 oktyabrdan — ikinci tank ordusu) onların hərəhətini dayandırmağa müvəffəq olmuşdur. Sonralar mühasirədən çıxmağa müvəffəq olan hərbi hissələr müdafiə mövqeyinın gücləndirilməsində mühüm rol oynamışlar. Orlov-Bryansk əməliyyatı nəticəsində düşmənin Moskvaya hücumunu iki həftədən artıq bir müddətə ləngitmək mümkün olmuş, bu isə Sovet qoşunlarının komplektləşdirilməsinə, ehtiyat qüvvələrin, o cümlədən Uzaq Şərqdəki qüvvələrin bir hissəsinin Moskva yaxınlığında cəmlənməsinə imkan yaratmışdı. Sovet Ordusunun Bryansk cəşhəsi 50-ci ordu 3-cü ordu 13-cü ordu general-mayor A. N. Yermakovun operativ qruplaşması Birinci qvardiya atıcı korpusu (korpus komandiri D. D. Lelyuşenko) Almanların "Mərkəz" ordu qruplaşması 2-ci ordu 2-ci tank qruplaşması (6 oktyabrdan — 2-ci tank ordusu) 1941-ci il sentyabrın sonlarında Bryansk cəbhəsinin qoşunları Bryansk-Kaluqa və Orlov-Yula istiqamətində müdafiə mövqelərini möhkəmləndirdilər. Onların ön müdafiə mövqeyi Snopot, Poçep, Poqar, Qluxov xətti üzrə 290 km uzunluğunda idi. 30 sentyabr 1941-ci ildə almanların "Mərkəz" ordu qruplaşması Şostka rayonundan və Roslavlın cənubundən hücuma keçdi. Günün sonunda 50-ci və 13-cü orduların müdafiə xətti almanlar tərəfindən yarıldı. 1 oktyabr 1941-ci ildə Stalin general D. D. Lelyuşenkonu Baş Ştaba çağırdı və 1-ci qvardiya atıcı korpusunun formalaşdırmaq və bu korpusun qüvvələri ilə Bryansk cəbhəsini yaran və Oryol istiqamətində hücuma keçən Quderianın tank qruplaşmasının hücumunu dayandırmağı əsas vəzifə kimi qarşıya qoydu.
Kapitalın orqanik tərkibi
Marksist iqtisadi nəzəriyyədə kapitalın orqanik tərkibi — sabit nisbət ( c {\displaystyle c} ) və ( v {\displaystyle v} ) kapital. Daimi kapitalın payı nə qədər çox olarsa, kapitalın üzvi tərkibi bir o qədər yüksək olar. Kapitalın üzvi tərkibi artmağa meyllidir. Bu, kapitalın daimi hissəsinin artımı hesabına baş verir. Daimi kapitalın payı texnoloji tərəqqi, texnologiyanın təkmilləşdirilməsi, sənayenin avtomatlaşdırılması, robotlaşdırılması və kompüterləşdirilməsi hesabına artır. Kapitalın daimi hissəsinin artması dəyişən kapitalın payının azalmasına səbəb olur. Nəticədə işçi qüvvəsinə tələbin azalması və işsizliyin artması müşahidə olunur. Digər tərəfdən, kapitalın üzvi tərkibinin artması mənfəət dərəcəsinin azalmasına səbəb olur. Beləliklə, kapitalist istehsalının ziddiyyətli xarakteri üzə çıxır. Bir tərəfdən mənfəət güdərək sahibkarlar əmək məhsuldarlığını artırır və texniki tərəqqiyə töhfə verir, digər tərəfdən əmək məhsuldarlığının artması mənfəətin sürətini azaldır və işsizliyin artmasına səbəb olur.
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. İğdırdan 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.