PRUSSAK
PRYANİK
OBASTAN VİKİ
Prussiyalı Şarlotta
Prussiyalı Şarlotta (alm. Victoria Elisabeth Augusta Charlotte Prinzessin von Preußen‎; 24 iyul 1860 – 1 oktyabr 1919[…], Baden-Baden, Veymar Respublikası) — Almaniya imperatoru III Fridrixin qızı, Saksen-Meyninqen hersoqinası. Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. Problemli bir uşaqlıq keçirən Şarlotta 1878-ci ildə Saksen-Meyninqen taxt-tacının varisi Şahzadə Bernardla evləndi və cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi. Ərinin 1914-cü ildə taxta çıxmasıyla Saksen-Meyninqen hersoqinası olan Şarlotta Birinci Dünya müharibəsinin ardından əriylə birlikdə bütün ünvanlarını itirdi. Ertəsi il Baden-Badendə keçirdiyi ürək çatışmazlığı səbəbilə vəfat etdi. === Övladı === Fyodora (12 may 1879 – 26 avqust 1945) === Qalereya === == Mənbə == Gelardi, Julia P. Born to Rule: Five Reigning Consorts, Granddaughters of Queen Victoria. St. Martin's Press. 2005.
Prussiyalı Marqarita (Finlandiya kraliçası)
Prussiyalı Marqarita (alm. Margarethe Beatrice Feodora‎; 22 aprel 1872, Potsdam, Prussiya – 22 yanvar 1954) — Almaniya imperatoru III Fridrixin qızı, Finlandiya kraliçası. Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 25 yanvar 1893-cü ildə Hesseli Fridrix Karlla evləndi. Ərinin Finlandiya parlamenti tərəfindən kral seçilməsinin ardından qısa müddət Finlandiya kraliçası olsa da, cəmi 2 ay sonra əri Hesseli Fridrix Karl taxtdan imtina etdi. 1926-cı ildə Hesse landqrafı ünvanı alan cütlüyün bu nigahdan 6 oğlu doğulsa da, bunlar üçünü müharibə meydanlarında itirdilər. === Övladları === Fridrix Vilhelm (24 noyabr 1893 – 12 sentyabr 1916) Maksimilyan (20 oktyabr 1894 – 13 oktyabr 1914) Filipp (6 noyabr 1896 – 25 oktyabr 1980) Volfqanq (6 noyabr 1896 – 12 iyul 1989) Riçard Vilhelm Leopold (14 may 1901 – 11 fevral 1969) Kristof (14 may 1901 – 7 oktyabr 1943) === Qalereya === == Mənbə == Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>.
Prussiyalı Sofiya (Yunanıstan kraliçası)
Prussiyalı Sofiya (yun. Σοφία Δωροθέα Ουλρίκη Αλίκη; 14 iyun 1870, Potsdam – 13 yanvar 1932, Frankfurt-Mayn, Prussiya[d]) — Almaniya imperatoru III Fridrixin qızı, Yunanıstan kraliçası. Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 1889-cu ildə Yunanıstan taxt-tacının varisi Şahzadə Konstantinlə evləndirildi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu. Qaynanası kimi, Sofiya da xeyriyyəçiliklə məşğul oldu. hərbi hospitalları ziyarət etdi və yaralı əsgərlərlə yaxından maraqlandı. Bütün bu səylərinin sonunda nənəsi Kraliça Viktoriya ona Qızıl Xaç mükafatı göndərsə də, bu fəaliyyətləri yerli xalq tərəfindən yaxşı görülmədi. Əslən alman olması və o illərdə yunanların almanların ən güclü müttəfiqi olan Osmanlılarla müharibə şəraitində yaşaması Prussiyalı Sofiyanın alman cəsusu olması barədə şayələrin yayılmasına səbəb oldu. Ərinin 1917-ci ildə taxtdan endirilməsinin ardından ailə üzvləriylə birlikdə İsveçrəyə sürgün edildi.

Digər lüğətlərdə