PSEVDOVULKAN PÜSKÜRMƏSİ

/ yun. pseudosyalan/ xarici görkəmcə adi vulkan püskürməsini xatırlayan, palçıq vulkanının püskürməsi /Məs: Azərbaycanda 1977-ci ildə Lökbatan vulkanının püskürməsi və s./ псевдовулканическое извержение pseudovolcane eruption
PSEVDOTRANSQRESSİYA
PULLU RELYEFP
OBASTAN VİKİ
Vulkan püskürməsi
Vulkan püskürməsi — Yerin mantiyasından "maqma" (yunanca "maqma" qatı maz deməkdir) adlanan ərimiş maddələrin səthə çıxmasıdır. Lakin bütün püskürmələr eyni deyildir. Onların bəziləri nisbətən sakit baş verir, bu zaman duru maqma səthə çatır və onun üzərinə lava axımları ilə püskürərərək böyük məsafəyə yayılır. Digər püşkürmələr isə sakit lava axımları ilə yanaşı, dalbadal partlayışlarla d a müşahidə olunur. Bəzi hallarda isə püşkürmə yalnız bir güclü partlayışla məhdudlaşır. Ona görə də Vulkan püskürməsindən bir şəhər də məhv olub. Püskürmənin təbiəti maqmanın xüsusiyyətlərində - onun temperaturundan, tərkibindən və qazların miqdarından asılıdır. Bu baxımdan qazlar xüsusilə əhəmiyyət daşıyır. Çünki onlar maqmada böyük təziq altında olur. Maqmanın daşıyıcı kanalla yer səthinə qalxdığı zaman aşağı təziqli sahəyə düşdükdə öz həcmini dəfələrlə artıran həll olunmuş qazlar maqmadan ayrılmağa başlayır.
Krakatau vulkanının püskürməsi (1883)
1883-cü il Krakatau vulkanının püskürməsi — Krakatau vulkanında püskürmələr 1883-cü ilin may ayında başlasa da 26-27 avqust 1883-cü idə ardıcıl güçlü partlayışla müşahidə ediləm püskürmələr baş vermişdir. Nəticədə Krakatau adasının böyük qismi dağılmışdır. Bölgədə seysmik aktivlik 1984-cü ilin fevralına qədər davam etmiçdir. Bu püskürmə dünya tarixinə ən dağıdıçı və insan tələfatı baxımından ən böyüyüdür. Püskürmə nəticəsində ən azından 36417 nəfər həlak olmuşdur. Seysmik aktivlik nəticəsində isə 165 şəhər və yaşayış məntəqəsi dağılmış, 132-si isə böyük zərər görmüşdür. Püskürmənin nəticəsi bütün dünyaya öz təsirini göstərmişdir. == Təsviri və sonrakı vəziyyət == Krakatau vulkanının uzun zamandan sonra (1681) ayılması haqqında ilk məlumat 20 may 1883-cü ilə aiddir. Bu zaman vulkanın kraterindən böyük həcmdə tüstü çıxmağa başlayır. Vulkandan çıxan səsin dalğası 160 km radiusunda pəncərələrin silkələnməsinə səbəb olmuşdur.