Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur.
Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir.
Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır.
Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.