qadın
qadıncasına
OBASTAN VİKİ
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Kişi və qadın (film, 1966)
"Kişi və qadın" (fr. Un homme et une femme) — rejissor Klod Leluşun filmi. == Məzmun == Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi. Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.
Qadın kişi münasibətləri (Yusif Qulami)
Qadın kişi münasibətləri — Yusif Qulaminin qadın-kişi münasibətlərindən bəhs edən psixoloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi mövzuları üzrə mütəxəssis psixoloq və bu sahə üzrə bir çox dəyərli araşdırmaların müəllifi olan Yusif Qulaminin bu kitabında elmi və psixoloji aspektdən qadın-kişi münasibətləri təhlil olunur. Belə ki, kitabda cinsi meyil və cinsi əxlaq nəzəriyyələri, sevgi, ailə münasibətləri, evlilikdən sonra yaranan problemlər və onun səbəbləri, cəmiyyətin fəsada sürüklənməsinin əsas səbəblərindən olan açıq-saçıq geyim mövzuları araşdırılır, örtünmə və bu məsələlər haqqında geniş psixoloji təhlillər aparılır, bir çox yeni fikirlər irəli sürülür.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. == Qadın tarixi == İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngiliscə söz olan və History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər lakin bu məcburi deyildir. == Qadın haqları == 2009-cu ilin yanvar ayından etibarən Dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın nüfuzu 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. ===== Siyasət ===== Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kişi fahişəliyi
Kişi fahişəliyi — ödəmə qarşılığında cinsi xidmətlər göstərən kişilərin praktikasıdır. Bu seks işinin bir növüdür. Müştərilər istənilən cinsdən olsalar da, əksəriyyəti kişilərdir. Qadın fahişələrlə müqayisədə, kişi fahişələr tədqiqatçılar tərəfindən çox az öyrənilmişdir.Kişi fahişələr üçün istifadə olunan terminlər ümumiyyətlə qadınlar üçün istifadə edilənlərdən fərqlənir. Bəzi şərtlər müştəri və ya iş metoduna görə dəyişir. Bu fahişəliyin qanunsuz yada qadağan olunduğu yerlərdə də, kişi fahişələrin öz işlərini xidmət haqqı qarşılığında, çılpaq modelliklə və ya rəqs, bədən masajı və ya digər seksual xidmətlər göstərirlər. Beləliklə, bir kişi eskort, gigolo (qadın müştəriləri nəzərdə tutan), kirayə oğlanı, hustler (ictimai yerlərdə xahiş edənlər üçün daha çox yayılmışdır), model və ya masajçı kimi adlandırıla bilər . Özünü gey və ya biseksual hesab etməyən, lakin kişi ilə pul qarşılığında cinsi əlaqəyə girən bir insana bəzən ödəniş qarşılığında qey və ya ticarət deyilir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sünnəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Kişi sünəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Azov kişi gimnaziyası
Kişi gimnaziyası — Azov şəhərində yerləşən gimnaziya binası. İki mərtəbədən ibarət olan bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azovda kişi gimnaziyası 1877-ci ildə II Aleksandrın əmrinə əsasən təsis edilmişdir. İnqilaba qədər gimnaziya və progimnaziyalar orta təhdil məktəbi olaraq götürülürdü. Sonrada bu progimnaxiyaya gimnaziya statusu verilmişdir. Bu təhsil müəssisəsinə əsasən 8-10 yaş arası uşaqlar təhsil alırdı. Gimnaziyada rus, fransiz, yunan, latın və alman dilləri, din, riyaziyyat, tarix, fizika və s fənlər keçilirdi.. Gimnaziyada oxiyan şagirdlərin mavi paltarları vardı ki, onunda üzərində gemüşü düymələr olurdu. Paltarın yaxalığında Azov gimnazoyasının baş hərfləri yazılmışdı - «AG». XIX əsin əvvəllərində Azovda qızlar gimnaziyası təşkil edilmişdir.
Gəncə Kişi Gimnaziyası
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir.Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı.1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi. == Gimnaziyanın direktorları == Cavad bəy Rəfibəyli (1919 il okt. 1 —) == Gimnaziyanın müəllimləri == Məhəmmədəli Pişnamazzadə Mirzə Məhəmməd Axundzadə Leu Urbanoviç Daşkeviç — fransız dili müəllimi, AXC höküməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan tədqiqatçı və fotoqraf.
Kişi Sözü (1987)
Kişi sözü — Rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi cinsiyyət üzvü
Kişi gimnaziyası (Gəncə)
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir.Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı.1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi. == Gimnaziyanın direktorları == Cavad bəy Rəfibəyli (1919 il okt. 1 —) == Gimnaziyanın müəllimləri == Məhəmmədəli Pişnamazzadə Mirzə Məhəmməd Axundzadə Leu Urbanoviç Daşkeviç — fransız dili müəllimi, AXC höküməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan tədqiqatçı və fotoqraf.
Kişi gimnaziyasının binası
Kişi gimnaziyasının binası — 1911–1913-cü illərdə İmperator III Aleksandr adına Kişi Gimnaziyası üçün tikilmişdir. Binanın memarı Konstantin Borisoqlebskiydir. Bina öz dövründə Bakı real məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sovet işğalından sonra bina 4 nömrəli şəhər xəstəxanası kimi fəaliyyət göstərib. 2018-ci ildən isə 4 nömrəli şəhər xəstəxanası köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda istifadəsizdir. == Haqqında == Keçmiş Balaxanskaya (indiki Füzuli) küçəsi 61 və Krasnovodskaya (S.Vurğun) 40 küçəsinin tinində yerləşən bina Kişi gimnaziyası üçün tikilib. Bina 1911–1913-cü illərdə mülki mühəndis Konstantin Borisoqlebskiyin layihəsi üzrə inşa edilib. Fasadın detalları ilə birgə özünün əzəmətli həcmi, order sistemində klassik formaları və memarlıq kompozisiyası ilə fəal şəhərsalma mövqeyini tutur. Əsas fasadın irəli çıxardılmış mərkəzi hissəsi, İoniya orderinin iki yuxarı mərtəbəsi boyu əzəmətli portiklə xüsusi olaraq nəzərə çarpdırılmışdır.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Kişi sidik kanalı
Kişi sidik kanalı (lat. urethra masculine) — kişi orqanizmində sidiyi və toxumu xaric etmək funksiyası yerinə yetirən orqan. == Quruluşu == Kişi sidik kanalının uzunluğu 16–22 sm, diametri 0.5–0.7 sm-dir. Onun daxili dəliyi sidiklikdən (sidik kisəsi) başlayır və qeyri-iradi büzücü əzələyə malikdir. Penisin başı üzərindəki xarici dəliklə xaricə açılır. === Anatomik hissələri === Kişi sidik kanalı topoqrafik cəhətdən 3 hissəyə ayrılır: prostat hissə — 2–3 sm zarlı hissə — 1–1.5 sm süngəri hissə — 14–16 smKişi sidik kanalının prostat hissəsi prostat vəzinin kütləsindən keçir, genişdir və onun arxa divarında sidik kanalı darağı vardır. Darağın ən hündür hissəsi toxum təpəciyi adlanır. Toxum təpəciyi üzərində olan dəliklərdən toxumtullayıcı axacaq və prostat vəzin axacaqları sidik kanalına açılır. Toxum təpəciyinin yuxarısında prostat (kişi) uşaqlığı (kisəciyi) yerləşir. Kişi sidik kanalının zarlı hissəsi (aralıqdan keçən hissəsi) şaquli istiqamətdə prostat hissənin ardını təşkil edib penis soğanağına kimi davam edir.
Qayıqda üç kişi
Qayıqda üç adam (İti nəzərə almasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888 ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, “Qayıqda üç kişi (İti nəzərə almasaq)” ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında “Qayıqda üç kişi (İti nəzərə almasaq)” romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.
Tənha kişi (roman)
Tənha kişi — Kristofer İşervudun 1964-cü ildə nəşr edilmiş romanıdır. Romanda hadisələr 1962-ci ildə baş verir. Romanın baş qəhrəmanı Los-Anceles Universitetinin professoru olan orta yaşlı ingilis Corcdur. Ola bilsin ki, romanda İşervudun bir müddət dərs dediyi Los-Anceles Kaliforniya Dövlət Universiteti təsvir edilmişdir. 2009-cu ildə moda dizayneri Tom Ford romanın film adaptasiyasını hazırlamış, lakin bu adaptasiyada süjet xəttinə bəzi kiçik dəyişikliklər edilmişdir. Filmdə Corc rolunu Kolin Fört canlandırmış, premyera isə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film Qızıl Şir mükafatına namizəd göstərilmiş, Kölin Fört isə Volpi Kuboku qazanmışdır. Eyni zamanda film üç Qızıl Qlobus mükafatı qazanmış, Oskar mükafatına namizəd göstərilmişdir. == Məzmunu == Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
XX kişi sindromu
XX kişi sindromu — De la Şapelle sindromu olaraq da bilinən Kişi XX sindromu, 46, XX karotipi olan bir insanın (əks halda qadınlarla əlaqəli) fenotipik olaraq kişiyə xas xüsusiyyətlərə sahib olduğu nadir bir konjenital interseks vəziyyətidir . Bu insanların yüzdə 90-da sindroma, X və Y xromosomlarının psevdo-otozomal bölgələri arasında baş verən genetik məlumatların kəsişməsində iştirak edən, kişi reproduktiv inkişafını tezləşdirən Y xromosomunun SRY geni səbəb olur. SRY geni olan bir X, mayalanma zamanı anadan normal bir X ilə birləşdirildikdə, nəticə XX erkək olur. Daha az yayılmış, autosomal və ya X xromosomal genin mutasiyasına səbəb ola biləcək SRY mənfi XX kişilərdir. XX kişilərin kişiləşdirilməsi dəyişir. Bu sindroma müxtəlif diaqnostik metodlardan istifadə edərək diaqnoz qoyulur və təxminən 1: 20.000 kişi yeni doğulmuş körpələrdə baş verir və Klinefelter sindromundan daha az yayılmışdır. Müalicə tibbi baxımdan vacib deyildir, baxmayaraq ki, bəzi insanlar müalicə edilməyi daha çox kişi və ya qadın kimi görünmək üçün seçirlər. Kişi XX sindromunun alternativ adı bu vəziyyəti və onun etiologiyasını tədqiq edən Fin alimi Albert de la Şapelley ifadə edir. == İşarələr və simptomlar == Xarici görünüşü ilə XX erkəkləri üç kateqoriyaya bölmək olar: normal daxili və xarici cinsiyyət orqanı olan kişilər, xarici qeyri-müəyyənliyi olan kişilər və daxili və xarici cinsiyyət orqanları olmayan kişilər (həqiqi hermafroditlər də deyilir). Xarici cinsiyyət orqanlarındakı qeyri-müəyyənlik arasında hipospadiya, mikropenis və klitoromeqaliya ola bilər.
İrəvan Kişi Gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir.Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. == Müəllimləri == Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. == Məzunları == İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər.
Tənha kişi (film)
Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir. Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir. == Məzmunu == Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
Azərbaycanda qadın
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur.Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur.
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
автокра́тия бу́тса взрыва́ться единогла́сие маче́те по́месь седёлочный хвоста́стый кала́ндр пои́лка препаро́вка проскреба́ние ря́вкать скидно́й утвержда́ться чита́лка cheek-plate detectaphone filmscript nature-printing preparative semitropical trot about ехидство холоднокровные