QALAC
QALAĞAN
OBASTAN VİKİ
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qalaça (Laçın)
Qalaça — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim "kiçik qala" mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə "Top qalaça" adlanır. Kənd Ağoğlan çayının sahilində, dağətəyi düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Qalaça (Loru)
Qalaça — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Noemberyan rayonunda kənd. Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır. Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala qəsəbəsi) adlandırılmışdır.
Qalaça (Təbriz)
Qalaça (fars. قلعه چه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (55 ailə).
Qalaça (Şamilqala)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilir Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Qalaça (Qax)

Qalaça (Duzluca)
Qalaça — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Böyük qalaça (Söyüdlü)
Böyük qalaça — Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən Son Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Abidə dağ zirvəsində nəhəng daşlardan istifadə edilmişdir. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilən bu qala müdafiə məqsədi daşıyırmış. Onun yaşayış yeri olması haqqında da fikirlər var. Ərazidə ilk qazıntı işləri 1947-ci ildə aparılıb. Ancaq abidə geniş şəkildə öyrənilməmişdir.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Qalaçay bəxşi
Qalaçay bəxşi (Farsca: بخش قلعه‌چای) — İranın Şərqi Azərbaycan ostanındaki Əcəbşir şəhristanının iki bəxşindan biridir.
Qazax qalaçaları
Qazax qalaçaları — Qazax rayonu Azərbaycanın digər bölgələri kimi qala tipli müdafiə qurğuları ilə zəngindir. Bunların demək olar ki hamısı digər şəhər qalaları (Xunan, Gəncə, Girdman, Kəndman oğlu və s.) qorumaq üçün inşa edilmiş gözətçi məntəqələridir. Onlar dağ və təpələrin yüksəkliklərində yerli daşlardan inşa edilib və əksəriyyəti yaşayışüçün yararsız olub.

Digər lüğətlərdə