Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanovuz
Qanovuz-al-əlvan ipək parça.Əsasən,Çərq ölkələrində geniş itehsal olunurdu.14-19 əsrlərdə Azərb-da da (Şamaxı, Gəncə,Basqal və.s.)yayılmışdı.İki növ vardır. yüngül,zərif növü bursa,ağır növü tafta adlanırdı. Keçmişdə Azərb.-da gəlinlik paltarı ı-dan da tikilrdi.Q.-un xalq arasında "şahi","ördəkboynu","səhər-axşam","al-yaşıl" və.s. adlarına təsadüf olunur. Hazırda, əsasən,Orta Asiyada istehsal olunur. Q.-dan yorğanüzü,xalat tikilir, çarşab,və.s.kimi istifadə edilir.
Mağavuz
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. == Tarixi == Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Qaqauz
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. == Mənşəyi == Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur.Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir === Genetik mənşə === Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi . Bu qaqauzların zahiri, fiziki xüsusiyyətlərində də nəzərə çarpır.
Aşaği Qalaquz
Aşaği Qalaquz - İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Mağavuz nahiyəsi
Mağavuz nahiyəsi — Qarabağ əyalətinin bir bölgəsi idi. 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olub. == Məğavuz nahiyəsi 1593-cü ildə == 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Məğaviz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir: Vəqazin Əritaq Çorman Bozdoğan Ərdəş Pərixan Qarıqışlaq Qarasaqqal Şılk Gündüz Bayındır Səgaxar Xəsili Abdallar Bozdoğan II Godgai Daşlı böyük İlxılı Moracıq məzrəsi Ağbulaq Həzili Sos Rəraxsi Daşlı kiçik == Mağavuz nahiyəsi 1727-ci ildə == 1727-ci ildə Məğavuz nahiyəsi Xaçın nahiyəsinin tərkibində yеrləşirdi. Məğavuz nahiyəsinin kəndləri: Ələyi кəndi. Кənddə hеç кim yaşamırdı. Acıкənd кəndi. Кənddə hеç кim yaşamırdı. Ağcaкənd кəndi. Gözəlməzrə кimi tanınan bu кənddə hеç кim yaşamırdı.
Qaqauz dili
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qaqauz folkloru
Qaqauzların mani adlandırdıqları şeir dördlükləri heyrətamiz dərəcədə Azərbaycan bayatılarıyla yaxın hətta bəzən əkizdirlər. Qaqauz folklorunda bir çox türk xalqları üçün ənənəvi sujetlər - “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanlarıyla, Nəsrəddin lətifələriylə bağlı motivlər haqqında əvəllərdə, “Koroğlu” şeirləri təqdim olunan səhifələrdə danışmışdıq. Ancaq qaqauzların indiki coğrafi məskənlə- riylə və son əsrlərdəki tarixi talelər ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də var. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. Qaqauz dilinin özəlliklərinə gəldikdə, bir neçə nöqtəni vurğulamaq istəyirik. Qaqauz türkcəsində bəzən “H” səsi düşür, məsələn: “hava” əvəzinə “ava”, “haçan” əvəzinə “açan”, “bər” əvəzinə “ər”, “həm” əvəzinə “əm”, “hesablanmtş” əvəzinə “esablanmış” - deyirlər. Əksinə, bəzən ilk səs kimi “H” əlavə olunur: anbar-hanbar, aylaq-haylaq və s. Bəzən sözün başında “R” əvəzinə “L” işlənir: Rüzgar-lüzgar. “Ğ” səsini, ümumiyyətlə, işlətmirlər: Dağlara yerinə daalara, oynamağa yerinə oynamaa, aramağa yerinə aramaa və s. deyirlər.
Qaqauz əlifbası
Qaqauz əlifbası — qaqauz dilində yazmaq üçün istifadə olunan əlifba. Əlifba var olduğu dövr ərzində müxtəlif qrafik əsaslarla mövcud olub və dəfələrlə islahatlara məruz qalıb. Son islahatlardan sonra qaqauz əlifbası latın əlifbasının əsasında fəaliyyət göstərir. Əlifbanın inkişaf dövrü 3 hissəyə bölünür: 1957-ci ilə qədər — əlifbanın yaradılması üçün ilk cəhdlər. 1957–1993-cü illər — kiril əlifbasının əsasında olan əlifba. 1993-cü ildən etibarən — latın əlifbasının əsasında formalaşmış müasir əlifba. == İlk təcrübələr == Qaqauz əlifbası ilə mətnlər ilk dəfə rus alimi V.Moşkov tərəfindən 1895–1896-cı illərdə nəşr edilib. Mətnlərin yazılışı üçün o Elmlər Akademiyasının kiril əlifbası ilə olan türkoloji əlifbasından istifadə etmişdir. Əlifba bu hərflərdən ibarət idi: а, б, в, г, д, е, ж, з, j, i, к, л, м, н, о, п, р, с, т, у, ф, х, ц, ч, ш, ы, џ, ӡ, l, h, ā, ē, ī, ō, ӯ, ы̄, ö, ȫ, ÿ, ä, ǟ. Hərflərin üzərindəki simvollar ………….
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.