Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir.
== Xassələri ==
B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var.
Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir.
== Alınması ==
Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.