QARALMAQ
QARAMALIQ
OBASTAN VİKİ
Fərhad xan Qaramanlı
Fərhad xan Qaramanlı (?-1599) — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı. == Həyatı == Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi. Əbulmənsur Fərhad xan I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində sarayda yüksək vəzifə tuturdu. Şahın hеç kimə lütf еtmədiyi "fərzənd" -övlad adına layiq görülmüşdü. Kəsdiyi başa sorğu-sual yox idi. Di gəl ki, savaş mеydanlarından çox, saray intiriqalarını xoşlayırdı. 1598-ci ildə özbəklər Xorasana hücum еdəndə şah Fərhad xan Qaramanlıya 12 minlik ordu vеrib hücumçuları dəf еtməyə göndərdi. Fərhad xan da ilk döyüşdən basılıb saraya qaçdı. Hеç kimə məğlubiyyəti bağışlamayan I Şah Abbas Səfəvi Fərhad xana bir söz dеməyib özü savaşa yollandı.Özbəkləri qovub Xorasandan çıxarandan sonra Fərhad xanı Herata bəylərbəyi təyin еtdi.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
II İbrahim bəy Qaramanoğlu
II İbrahim bəy Qaramanoğlu (türk. II Damad İbrahim bey Karamanoğlu; d. ? - ö. 1464) — Qaramanoğulları bəyliyinin bəyi. Onun hakimiyyəti dövrü Osmanlı dövləti ilə münasibətlərin gərgin olduğu vaxta təsadüf edir. == Həyatı == Alaiyə mühasirəsi zamanı Məhəmməd bəy öldürüldü və yerinə İbrahim bəy keçdi. İbrahim bəy 1433-cü ildə Osmanlılara qarşı Macarlarla ittifaq bağladı. Osmanlılar macarları məğlub edərək İbrahim bəyə hücum etdilər. Akşehir, Beyşehir, Seydişehiri ələ keçirdikdən sonra Konyaya istiqamətləndilər.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Məhəmməd bəy Qaramanoğlu
Məhəmməd bəy Qaramanoğlu (1240 – 1277, Konya) — Qaramanoğulları bəyliyinin hökmdarı, dillə bağlı fərman verən ilk türk. Qaramanoğlu Məhəmməd Bəy Qaramanoğullarının ikinci bəyi Kərimüddin bəy Qaramanın oğludur. Doğum tarixi bəlli olmayıb ölümü 1280-ci ildir. Məhəmməd bəy əsgəri və idari yöndən bilgili bir dövlət adamı idi. Elm adamlarını ətrafına toplayıb onlara büyük önəm vermişdir. XIII yüzyıl ortalarında Səcçuqlular, ədəbi dil olarak Farscanı, dövlət işlərində Ərəbcəni işlədirdilər. Xalk isə öz dilləri olan Türkcəni işlədirdi. Məhəmməd bəy millət olaraq birlikdə yaşamanın ilk şərti olan dil birliyinin olmasının gərəkliliyinə inanırdı. Bu birliyi gərçəkləştirmək üçün Toroslar üzərində yaşayan bütün Türkmən boylarını çevrəsində toplayaraq bir ordu yaratdı. "Bu gündən belə divanda, dərgahda, bərgahda (sarayda), məclisdə və məydanda Türkçədən başqa dil işlədilməyəcək." 13 May 1277.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Qaramahmudlu
Qaramahmudlu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Qaramahmudlu oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Digər keçmiş adı Baxşı burnudur. Yaşayış məntəqəsini qaramahmudlu nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır. Rusiya imperiyasının yaşayış məntəqələrinin siyahısında kəndin adı Qışlaq-Baxşı kimi verilib. Həmçinin siyahıya əsasən qaramahmudlular əvvəllər köçəri həyat tərzi sürmüşlər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 489 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Qaramandağ
Qaramandağ - Azərbaycan Respublikasının Ağdam rayonunda dağ. Qavartuçay və Xaçınçay arasında yeləşir. Adını qaramanlı elindən alır. Bu cəhətdən Yevlax rayonundakı Qaramanlı və Göyçay rayonundakı Qaraman kənd adları ilə mənşəcə eynidir. İndiki Ermənistanda, tarixi Göyçə mahalında da bir kənd Qaraman adlanırdı.
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qaramanlı
Yaşayış məntəqələri Azərbaycanda Qaramanlı (Yevlax) — Yevlax rayonunda kənd. Oxşar toponimlər Aşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaramanlı (Yevlax)
Qaramanlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qaramanlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaramanlı eli
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı türkcəsi
Qaramanlı türkcəsi (türk. Karamanlı Türkçesi, yun. Καραμανλήδικα) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir. 1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır. Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır.
Qaramanlılar karvansarası
Qaramanlılar karvansarası — Ərdəbildə mövcud olmuş qədim karvansara.

Значение слова в других словарях