QARAMA

сущ. нугъ. 1. жими кьар, лемкье, лил (вацӀун, вирин, булахдин къерехда); 2. лапӀаш (кьилиз вегьидай).
QARALTMAQ
QARAMAQ
OBASTAN VİKİ
Aberdin-Anqus qaramalı
Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi. == Tarixi == Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur. == Xüsusiyyəti == Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Aşağı Qaramanlı
Aşağı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Aşağı Qaramanlı bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Fərhad xan Qaramanlı
Fərhad xan Qaramanlı (?-1599) — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı. == Həyatı == Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi. Əbulmənsur Fərhad xan I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində sarayda yüksək vəzifə tuturdu. Şahın hеç kimə lütf еtmədiyi "fərzənd" -övlad adına layiq görülmüşdü. Kəsdiyi başa sorğu-sual yox idi. Di gəl ki, savaş mеydanlarından çox, saray intiriqalarını xoşlayırdı. 1598-ci ildə özbəklər Xorasana hücum еdəndə şah Fərhad xan Qaramanlıya 12 minlik ordu vеrib hücumçuları dəf еtməyə göndərdi. Fərhad xan da ilk döyüşdən basılıb saraya qaçdı. Hеç kimə məğlubiyyəti bağışlamayan I Şah Abbas Səfəvi Fərhad xana bir söz dеməyib özü savaşa yollandı.Özbəkləri qovub Xorasandan çıxarandan sonra Fərhad xanı Herata bəylərbəyi təyin еtdi.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
II İbrahim bəy Qaramanoğlu
II İbrahim bəy Qaramanoğlu (türk. II Damad İbrahim bey Karamanoğlu; d. ? - ö. 1464) — Qaramanoğulları bəyliyinin bəyi. Onun hakimiyyəti dövrü Osmanlı dövləti ilə münasibətlərin gərgin olduğu vaxta təsadüf edir. == Həyatı == Alaiyə mühasirəsi zamanı Məhəmməd bəy öldürüldü və yerinə İbrahim bəy keçdi. İbrahim bəy 1433-cü ildə Osmanlılara qarşı Macarlarla ittifaq bağladı. Osmanlılar macarları məğlub edərək İbrahim bəyə hücum etdilər. Akşehir, Beyşehir, Seydişehiri ələ keçirdikdən sonra Konyaya istiqamətləndilər.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Qaramandağ
Qaramandağ - Azərbaycan Respublikasının Ağdam rayonunda dağ. == Toponomik izahı == Qavartuçay və Xaçınçay arasında yeləşir. Adını qaramanlı elindən alır. Bu cəhətdən Yevlax rayonundakı Qaramanlı və Göyçay rayonundakı Qaraman kənd adları ilə mənşəcə eynidir. İndiki Ermənistanda, tarixi Göyçə mahalında da bir kənd Qaraman adlanırdı.
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qaramanlı
Yaşayış məntəqələri Azərbaycanda Qaramanlı (Yevlax) — Yevlax rayonunda kənd. Oxşar toponimlər Aşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaramanlı (Yevlax)
Qaramanlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.

Значение слова в других словарях